Partiya lideri Özgür Özələ səsləndi: “Gəlin, birlikdə sıralarımızı sıxlaşdıraq”

Partiya lideri Özgür Özələ səsləndi: “Gəlin, birlikdə sıralarımızı sıxlaşdıraq”  

SİYASƏT

Bugün, 09:50

İYİ Partiyasının sədri Müsavat Dervişoğl CHP sədri vəzifəsini itirən Özgür Özəl və komandasına açıq çağırış edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, birləşməyi vacib sayıb.

Özgür Özələ səslənən Dervişoğlu deyib ki, İYİ partiyasında hər kəsə yer var: "Demokratiya üçün sıralarımızı gücləndirək. Biz burada dağ kimi dayanırıq, kim bizə söykənmək istəyirsə, gəlsin. Onların başımızın üstündə yeri var."

CHP-yə qarşı müdaxilələrin demokratiya üçün təhlükəli olduğunu bildirən Dervişoğlu iddia edib ki, mövcud vəziyyətin CHP-nin daxili məsələsi deyil: “Əksinə, Türkiyədə siyasətin əvvəldən necə formalaşacağını müəyyən etmək üçün daha geniş bir proses  başlayıb. İmralı ilə danışıqları sadəcə "sülh" adlandırıb irəliləmədiyimiz kimi, CHP-yə qarşı zorla müdaxilə və qəyyum təyinatı da irəliləyiş deyil. Məhkəmə orqanları vasitəsiylə siyasəti yenidən dizany etmək cəhdləri keçmişdə Türkiyədə ciddi nəticələrə səbəb oldu, indi də elə olacaq. Siyasət məhkəmə qərarları ilə deyil, xalqın iradəsi ilə formalaşmalıdır. Biz təyin olunmuş idarəçilərin respublikasını istəmirik. Biz qəyyumluq demokratiyası istəmirik. Biz bir nəfərə sədaqət andı içənlərin sözü ilə deyil, xalqın sözünün qalib gəldiyi bir Türkiyə istəyirik. Biz siyasətin məhkəmələr tərəfindən deyil, seçki qutusu ilə müəyyən edildiyi bir Türkiyə istəyirik."

Çıxışının sonunda Dervişoğlu CHP rəhbərliyinə və Özgür Özələ təkrar səslənib: “Bir daha deyirəm; gəlin bu ölkəni birlikdə müdafiə edək. Gəlin bu blokadanı birlikdə qıraq. Gəlin demokratiya uğrunda sıralarımızı gücləndirək. Nəticəsi nə olursa olsun, təslim olmadan, bütün şəraitdə millətin iradəsini dəstəkləməyə davam edəcəyik. Biz burada dağ kimi dayanırıq; kim bizə söykənmək istəyirsə, gəlsin. Bizə qoşulan hər kəs başımızın üstündə yer tapacaq".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR