MHP lideri əvvəlki mövqeyindən geri çəkildi: “O, nə Anıtqəbirin qəyyumu, nə də türk gəncliyinin lideri ola bilməz”  

MHP lideri əvvəlki mövqeyindən geri çəkildi: “O, nə Anıtqəbirin qəyyumu, nə də türk gəncliyinin lideri ola bilməz”  

SİYASƏT

Bugün, 09:09

Dünənə qədər məhkəmə qərarı ilə CHP postuna gətirilən Kamal Kılıçdaroğlunu təcili qurultay keçirib, partiya sədrliyini yenidən Özgür Özələ buraxmağa çağıran MHP sədri Dövlət Baxçalı qəfildən U dönüşü edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəlki mövqeyindən tamamilə geri çəkilən Baxçalı Özəl sərt ittihamlarla “yüklənib”.

O, CHP-də baş verənlərdə Özgür Özəli günahlandırıb və onu CHP daxilində faktiki liderlik qurmağa çalışmaqda ittiham edib.

“Türkgün” qəzetinin köşə yazarı Yıldıray Çiçəyə danışan Baxçalı bildirib ki, Özgür Özəlin hərəkətləri böhranı daha da artırıb.

CHP-dəki hadisələrin sadəcə partiya daxili məsələsi olmadığını deyən Baxçalınn iddiasına əsasən, proses Türkiyənin demokratik mədəniyyətinə, siyasi institutlarına və sosial həyatına təsir göstərən nöqtəyə yetişib: “Özgür Özelin faktiki CHP-nin parlament fraksiyasına rəhbərliyi zəbt edib, CHP daxilində yeni bir güc mərkəzi yaradıb. O, bunu partiya sədrinin qanuni statusuna zidd olaraq edib…”.

Baxçalı CHP daxilindəki gərginliyin Türkiyədə geniş konsensus tələb edən məsələlərə də təsir göstərdiyini etiraf edib: “Xüsusilə "Terrorsuz Türkiyə" prosesinə təsirsiz qalmayıb”.

MHP sədri daha sonra Özgür Özəlin Anıtqabirə və Türkiyə Böyük Millət Məclisinə yürüşlərinə öz baxışını açıqlayıb və bildirib ki, bu iki qurum türk millətinin birliyi və həmrəyliyini təmsil edən milli yaddaş məkanlarıdır: “Bu yürüşlər Türkiyə siyasətində gərgin çatlar yaratdı. Özgür Özəlin Atatürkün Gənclərə Müraciətini Anıtqəbirdə oxunması, özünü demokratiyanın, qanunun aliliyinin və Atatürkün irsinin yeganə nümayəndəsi kimi təqdim etmək cəhdi cəmiyyətdə bölünmələri dərinləşdirəcək. Partiyasına qarşı iddiaları təqib etmək əvəzinə, ört-basdır etməyi üstün tutan biri Atatürkün varisi və türk gəncliyinin lideri ola bilməz. Özgür Özəlin hazırkı siyasi mövqeyi bir yeniyetmənin inqilabi fəaliyyəti kimi görünür. Bu, dövlət ənənəsi və CHP-nin institusional kimliyi ilə uyğunsuzluq təşkil edir”.

Baxçalı daha sonra 11 deputatın 12 iyuldakı qurultay çağğırışını da  münasibətni bildiirb və qurultayın 9 sentyabrda keçirilməsini  məqsdəuyğun sayıb.

Yeri gəlmişkən, MHP lideri əvvəllər qurultayın daha tez keçirilməsini tələb edirdi. Indisə o, bunu sentyabra qədər uzatmağı məsləhət görür. Türkiyəli mütəxəssislər isə deyir ki, əgər CHP 25 iyuladək qurultay keçirməsə, partiya heç bir seçkiyə partiya olaraq qanunla qatılmaq hüququ olmayacaq.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR