Hörmüz boğazında böhran… - Yaponiyada hansı sahələr axsayır?

Hörmüz boğazında böhran… - Yaponiyada hansı sahələr axsayır?  

İQTİSADİYYAT

Bugün, 08:41

Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının hələ də qapalı qalması Yaponiyada xammal böhranı yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkədə plastik istehsalının əsas komponenti olan naftanın tədarükü çöküb, bəzi  sifariş müəssisələri, supermarketlər və çörək sexləri plastik torbalar, qida qabları və xidmət əlcəkləri tapmaqda çətinlik çəkirlər.

Məlumatda deyilir ki, Yaponiyada qida sektoru ölkənin illik plastik istehlakının təxminən 1/3-ni təşkil etdiyi üçün təchizat problemləri sektora dərin təsir göstərir: “Xam neft ehtiyacının böyük bir hissəsini Yaxın Şərqdən təmin edən ölkədə nafta təkcə plastik istehsalında deyil, həm də çap mürəkkəbləri, yapışdırıcılar və tibbi ləvazimatlar istehsalında əsas mənbə kimi istifadə olunur”.

Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının (JPCA) məlumatlarına görə, alış-veriş və zibil torbalarında istifadə edilən polietilen istehsalı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalıb. Oxşar azalmalar digər plastik növlərində də qeydə alınıb

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR