Baxçalıdan tarixi çağırış: “Ali Məhkəmə qərarını ən qısa zamanda verməlidir”

Baxçalıdan tarixi çağırış: “Ali Məhkəmə qərarını ən qısa zamanda verməlidir”  

DÜNYA

Bugün, 12:41

“Ölkəmiz siyasi gərginliyin yüksək olduğu bir dövrdən keçir. CHP üçün bayram barışıq əvəzinə qütbləşməyə çevrildi. Baş verənlər CHP-yə yaraşmır. CHP daxilində qütbləşmə dərinləşib, artıq demokratiyamıza zərər verən bir nöqtəyə çatıb. Təxribatlardan çəkinmək lazımdır. Ali Məhkəmə bir an öncə CHP ilə bağlı qərarını verməlidir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri bu gün partiyasının deputat qrupu ilə toplantıda çıxış edən MHP lideri Dövlət Baxçalı deyib.

MHP liderinin sözlərinə görə,Türkiyə və onun siyasi mənzərəsində zorakılıq tablosu çəkilə bilməz: “Bu məqamda bölünmüş Cümhuriyyət Xalq Partiyası təsəvvürü yaratmaq və hətta qanuniləşdirmək cəhdinin şahidi oluruq. Unutmaq olmaz ki, regional inkişaflar və "Terrorsuz Türkiyə" prosesi fonunda sağlam düşüncəyə və güclü siyasi institutlara hər zamankindən daha çox ehtiyac olacaq”.

F.səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR