Rövşən Rüstəmov: "BTQ alternativ marşrut deyil"
İQTİSADİYYAT
Bugün, 14:49
“Bu gün Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu modernləşdirmədən sonra daha böyük yükdaşıma imkanları ilə istifadəyə verildi. Layihənin uğurla tamamlanması həm ölkəmiz, həm də bütövlükdə region üçün əlamətdar hadisədir”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
O qeyd edib ki, BTQ dəmir yolu ənənəvi nəqliyyat bağlantısından Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib.
“Hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.
BTQ-nin əhəmiyyəti ilk növbədə onun Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsi ilə bağlıdır. Bu xətt sayəsində logistika imkanlarımız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır, Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var. Dəmir yolu və dəniz daşımalarının uğurlu inteqrasiyası ilə ölkəmiz klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika platformasına çevrilib.
BTQ-nin indiki səviyyəyə çatması üçün, cənab prezidentin hər dəfə qeyd etdiyi kimi, infrastruktura böyük investisiyalar qoyulub. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
BTQ-nin Gürcüstan hissəsində hansı işlərin görüldüyünü qısaca qeyd etmək istərdim. 13 dəmir yolu stansiyası, həmçinin 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir edilib. Enerji təchizatının yaxşılaşdırılması məqsədilə 200 km-dən çox kontakt şəbəkəsi xətti yenilənib, eyni zamanda, 340 km uzunluğunda 10 kV-luq elektrik xətti təmir olunub. Daha dayanıqlı əməliyyatlar üçün 61 km yeni dəmir yolu xətti çəkilib. Həmçinin ətraf infrastruktur 41 km yeni avtomobil və piyada yolu ilə təkmilləşdirilib.
Mühüm məqamlardan biri bu işlərin böyük hissəsinin çətin dağlıq relyefdə, şaxtalı qış və quraqlıq yay kimi sərt iqlim şəraitində görülməsidir. Bunlara baxmayaraq, modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb.
Paralel olaraq Azərbaycan tərəfində də mühüm işlər görülüb. ADY Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Qeyd etdiklərim görülmüş işlərin texniki dildə yox, sadə dildə icmalıdır deyə bilərəm. Çünki, bildiyiniz kimi, bu cür layihələrin texniki detallarını saymaqla bitmir.
Modernləşdirmə işlərindən sonra, 18 mayda Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ dəmir yolu xətti layihəsinin təhvil-təslimi üzrə yekun akt, eləcə də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər imzalanıb.
Yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən qısa və çevik quru marşrutlarından biri kimi daha funksional və səmərəli bağlantı statusundadır. Xüsusilə Çin tərəfi ilə imzaladığımız sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi üçün BTQ-dən daha geniş istifadənin təşviqinə xüsusi diqqət ayırmışıq. Və bu proses artıq reallaşma mərhələsindədir.
Fürsətdən istifadə edib bu layihədə böyük əmək sərf edən Azərbaycan inşaatçıları, mühəndisləri, dəmiryolçuları, texniklərinə və digər bütün peşəkarlara təşəkkürümü bildirirəm. Onların gördüyü işlər həm Azərbaycanın, həm də regionun nəqliyyat xəritəsində yeni imkanları əlçatan edib”, - sədr qeyd edib/qafqazinfo.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gündüz Ağayev baş həkimlikdən imtina etdi
Bugün, 15:49 CƏMİYYƏT
-
IV Milli Kibertəhlükəsizlik Forumu "Azercell"in dəstəyi ilə keçiriləcək
Bugün, 15:47 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu sualdan qaçdı
Bugün, 15:32 SİYASƏT
-
"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə vidalaşıb
Bugün, 15:19 İDMAN
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqəsi başlayır
Bugün, 15:10 CƏMİYYƏT
-
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynov... - O, kimdir + FOTOLAR
Bugün, 14:57 CƏMİYYƏT
-
Rövşən Rüstəmov: "BTQ alternativ marşrut deyil"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
Bugün, 14:40 KRİMİNAL
-
Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - Fərman + DETALLAR
Bugün, 14:24 GÜNDƏM
-
"ASAN xidmət"ə əlavə səlahiyyət verildi - Sərəncam
Bugün, 14:10 GÜNDƏM
-
TƏBİB yenidən "yığılır" - Yeni icraçı direktor 11 nəfəri işdən çıxardı, aralarında 4 departament müdiri də var
Bugün, 14:01 GÜNDƏM
-
Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilib - Bu gün istifadəyə verildi (Yenilənib)
Bugün, 13:48 İQTİSADİYYAT
-
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi - FOTOLAR
Bugün, 13:24 CƏMİYYƏT
-
Özgür Özəl sabiq deputatları da parlamentə toplayır
Bugün, 13:11 DÜNYA
-
"Şamaxı" klubu yeni baş məşqçi ilə anlaşıb
Bugün, 12:59 İDMAN
-
Sabah yağış yağacaq
Bugün, 12:47 GÜNDƏM
-
Baxçalıdan tarixi çağırış: “Ali Məhkəmə qərarını ən qısa zamanda verməlidir”
Bugün, 12:41 DÜNYA
-
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bugün, 12:26 CƏMİYYƏT
-
DÇ-2026: Türkiyə yığmasının heyəti açıqlandı – 9 futbolçu kənarda qaldı
Bugün, 12:20 İDMAN
-
Əmlaklarına həbs qoyulan şəxslər... - Qanun dəyişir, nələr olacaq?
Bugün, 12:15 CƏMİYYƏT
-
Daxili İşlər Nazirliyində yeni hakimlərlə görüş keçirilib - FOTOLAR
Bugün, 12:04 CƏMİYYƏT
-
“Space” TV-də maaş böhranı yaşanır? - Aparıcı "hə", kanal rəhbərliyi "yox" deyir - VİDEO (Yenilənib)
Bugün, 12:04 PRESS
-
Tik-Tok ciddi nəzarətə götürülməlidir – Böyük təhlükə QAPIDADIR!
Bugün, 11:56 PRESS
-
Özgür Özəlin parlamentdə bugünkü toplantısı ləğv olunacaq - Kılıçdaroğlu məktub göndərib
Bugün, 11:56 DÜNYA
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Bugün, 11:52 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Sercio Mattarellanı təbrik edib: "Siyasi əlaqələrimizin yüksək səviyyəsi..."
Bugün, 11:41 GÜNDƏM
-
Elnur Hidayətoğluna həvalə olunan vəzifəyə bu xanım gətirildi - TƏBİB-də dəyişiklik (FOTO)
Bugün, 11:21 PRESS
-
"Fənərbaxça" prezidentliyinə namizəd daha bir məşhuru İstanbula gətirmə planı qurub
Bugün, 11:21 İDMAN
-
“Qalatasaray” İkardiyə vaxt verdi: "Ya razılaş, ya get!"
Bugün, 11:05 İDMAN
-
Mətbuat katibi vəzifədən getdi
Bugün, 10:57 PRESS
-
Cinayət Məcəlləsi və Cəzaların İcrası Məcəllə təkmilləşdiriləcək - Milli Məclisə tövsiyə qərarı göndərildi
Bugün, 10:54 KRİMİNAL
-
Azərbaycanda yeni komissiya yaradılıb - Sərəncam
Bugün, 10:53 GÜNDƏM
-
Keniya Ali Məhkəməsinin sədri Qarabağ bölgəsində - FOTOLAR
Bugün, 10:42 CƏMİYYƏT
-
Azərbaycanda süni intellekt və data mərkəzi yaradılacaq
Bugün, 10:42 İQTİSADİYYAT