İranın danışıqlardan geri çəkilməsi Trampı "ayağa qaldırdı" - "Netanyahu və "Hizbullah"la danışdım, artıq..."

İranın danışıqlardan geri çəkilməsi Trampı \"ayağa qaldırdı\" - \"Netanyahu və \"Hizbullah\"la danışdım, artıq...\"

DÜNYA

01.06.2026, 23:31

İran İsrailin Livana hücumu ilə əlaqədar ABŞ-la danışıqları rəsmən dayandırmasından sonra Donald Tramp İsrailin Baş naziri ilə telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin özü açıqlama yayıb.

O bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahu ilə məhsuldar telefon danışığı aparıb: “İsrail Beyruta qoşun yeritməyəcək, artıq yolda hərbçilər də geri çəkiləcək”

Tramp həmçinin “Hizbullah” rəsmiləri ilə də vasitəçiləri köməyi ilə danışdığını da açıqlayıb: “Onlar, yəni, İsrail və Hizbullah düşmənçilikləri dayandırmaq barədə razılığa gəliblər. İsrail onlara hücum etməyəcək və onlar da İsrailə!”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR