Ərdoğandan CHP-dəki “çevriliş”ə ilk - Reaksiya  

Ərdoğandan CHP-dəki “çevriliş”ə ilk - Reaksiya  

SİYASƏT

Bugün, 19:53

Türkiyə prezident Ərdoğan məhkəmə qərarıyla CHP-nin başına yenidən  gətirilən Kamal Kılıçdaroğlundan sonra ölkənin siyasi gündəmində yaranan gərginliyə münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan  CHP-də yaşanan qarşıdurmada iqtidar və hakim partiya olaraq hər hansı formada  yer almadıqlarını deyib: “Ana müxalifət partiyasının daxili mübahisəsi bizi maraqlandırmır. Biz qurultay zallarından məhkəmələrə qədər siyasi mübarizənin heç bir hissəsində yoxuq, olmamışıq və etməyəcəyik. Siyasi ambisiyaları üçün iğtişaş yaratmağa çalışanlar da unutmamalıdırlar ki, bu torpaqların mahiyyəti zorakılığa, nümayişlərə, küçə terrorizminə və ya qanuna məhəl qoymamağa dözmür. Küçələrimizin qarışdırılmasına, millətimizin qütbləşməsinə və ya xalqımızın təhlükəsizlik qüvvələrimizə qarşı çıxmasına imkan verilməyəcək”

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR