PULLU YOLLAR: Ödəniş məbləğləri təsdiqləndi - DETALLAR
GÜNDƏM
Bugün, 15:06
Tarif (Qiymət) Şurası alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərini müəyyən edib.
Mia.az xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu tikilib.
Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Şuraya müraciət edilib və bu gün bu məsələyə baxılıb.
Nəqliyyat vasitələrinin alternativ avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə ödənişin məbləği 1 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8,62 manat) təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 km-i üçün ödənişin məbləği 7,1 qəpik (bütün yol üçün 5,77 manat), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.
İclasda həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.
Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.
Qərar sabahdan qüvvəyə minəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Əgər seçilərəmsə...” – Məşhur məşqçi İstanbula gələcək?
Bugün, 16:35 GÜNDƏM
-
Qarabağ Regional Təhsil İdarəsi və Füzuli təhsilində dərəbəylikdir - Keçmiş direktor elə sözlər dedi ki...
Bugün, 16:35 CƏMİYYƏT
-
Bakı–Tbilisi–Qars dəmir yolu xətti sabah istifadəyə veriləcək
Bugün, 16:22 GÜNDƏM
-
Prezident İlham Əliyev Bakı Enerji Həftəsində - Mühüm mesajlar verildi + FOTOLAR (YENİLƏNİİB)
Bugün, 16:08 GÜNDƏM
-
Vahid Ələkbərovun varisinin nə qədər varidatı var? - Yeni rəqəmlər açıqlandı
Bugün, 16:05 İQTİSADİYYAT
-
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bugün, 15:59 CƏMİYYƏT
-
ABŞ Dövlət katibinin köməkçisi Bakıda - Prezidentlə görüş oldu + FOTOLAR (Yenilənb)
Bugün, 15:54 GÜNDƏM
-
General-mayor Əlimusa Əliyev vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
184 dərman vasitəsinin qiyməti bahalaşdı - Qərar + SİYAHI
Bugün, 15:23 İQTİSADİYYAT
-
Özgür Özəlin parlamentdə çıxış etməsinə blok qoyulub? – Açıqlama
Bugün, 15:18 DÜNYA
-
PULLU YOLLAR: Ödəniş məbləğləri təsdiqləndi - DETALLAR
Bugün, 15:06 GÜNDƏM
-
Prezident Quba ilə bağlı sərəncam imzaladı - Dəyişiklik
Bugün, 14:58 GÜNDƏM
-
Prezident İlham Əliyev Qurban Səidoviç Qurbanovu təltif edb - Sərəncam
Bugün, 14:50 GÜNDƏM
-
"Ermənistanda 7 iyun seçkilərindən sonra güc yolu ilə..." - Aslan İsmayılov Rusiyanın artan təhdidinə maraqlı şərh verdi
Bugün, 14:50 SİYASƏT
-
İsrail Livanda işğalı genişləndirir – Strateji qüllə də ələ keçirildi
Bugün, 14:32 DÜNYA
-
Paşinyan: “Azərbaycan və Türkiyə ilə münasibətlər bizə yeni fürsətlər yaradacaq”
Bugün, 14:25 SİYASƏT
-
"Qızları başa düşdük, amma oğlanlar da kasıb qızlarla evlənmək istəmirlər"
Bugün, 14:09 ŞOU-BİZNES
-
İlham Əliyev Donald Trampa təşəkkür etdi: "Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və..."
Bugün, 14:02 GÜNDƏM
-
"Araz-Naxçıvan" daha iki futbolçusu ilə anlaşıb
Bugün, 13:58 İDMAN
-
İmamoğlu Kılıçdaroğlunu rüsvay elədi, Ərdoğanı çevrilişdə ittiham etdi - Yeni siyasi gücün siqnalı verildi
Bugün, 13:25 SİYASƏT
-
"Şəfiqə xanımın yaşı 80-ni keçib, Əli İsa isə cavan oğlandır"
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - Hesabat
Bugün, 12:59 İQTİSADİYYAT
-
Yenə "Qurd dərəsi”, yenə problem... - Sakinlərin şikayətinin ard-arası kəsilmir (VİDEO)
Bugün, 12:42 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:38 CƏMİYYƏT
-
Bakıda 11 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq ölüb
Bugün, 12:36 CƏMİYYƏT
-
Masallıda iki nəfər 14 kiloqram narkotiklə tutulub
Bugün, 12:24 KRİMİNAL
-
AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayıb
Bugün, 12:10 İQTİSADİYYAT
-
AAYDA-da daha bir təyinat - Vüsal Nəsirli Maliyyə şöbəsində dəyişiklik etdi
Bugün, 12:05 CƏMİYYƏT
-
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 11:52 SİYASƏT
-
Moldovada mer seçilən həmyerlimiz... - O, kimdir?
Bugün, 11:52 SİYASƏT
-
Moldova Rumıniya ilə birləşir, yoxsa... - TƏHLİL
Bugün, 11:30 DÜNYA
-
Zakir Həsənov Gürcüstanda - Baş nazirlə görüş oldu + FOTO
Bugün, 11:09 SİYASƏT
-
İlham Əliyev: "Zəngəzur dəhlizi mütləq inşa ediləcək"
Bugün, 11:09 GÜNDƏM
-
Bakıda tələbə tikinti fundamentinə yıxılıb, bir böyrəyi və dalağını itirib - "Caspian Construction" təhlükəsizlik tədbirlərinə əməl etməyib + ŞİKAYƏT
Bugün, 10:55 CƏMİYYƏT