AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayıb
İQTİSADİYYAT
Bugün, 12:10
bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – "SOCAR", "MOL", "INPEX", "ExxonMobil", "TPAO" və "ONGC Videsh" – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb.
Mia.az xəbər verir ki, bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.
Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.
AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib: "Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür. AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır.
"Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək."
AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir.
İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.
Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Şəfiqə xanımın yaşı 80-ni keçib, Əli İsa isə cavan oğlandır"
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - Hesabat
Bugün, 12:59 İQTİSADİYYAT
-
Yenə "Qurd dərəsi”, yenə problem... - Sakinlərin şikayətinin ard-arası kəsilmir (VİDEO)
Bugün, 12:42 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:38 CƏMİYYƏT
-
Bakıda 11 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq ölüb
Bugün, 12:36 CƏMİYYƏT
-
Masallıda iki nəfər 14 kiloqram narkotiklə tutulub
Bugün, 12:24 KRİMİNAL
-
AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayıb
Bugün, 12:10 İQTİSADİYYAT
-
AAYDA-da daha bir təyinat - Vüsal Nəsirli Maliyyə şöbəsində dəyişiklik etdi
Bugün, 12:05 CƏMİYYƏT
-
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 11:52 SİYASƏT
-
Moldovada mer seçilən həmyerlimiz... - O, kimdir?
Bugün, 11:52 SİYASƏT
-
Moldova Rumıniya ilə birləşir, yoxsa... - TƏHLİL
Bugün, 11:30 DÜNYA
-
Zakir Həsənov Gürcüstanda - Baş nazirlə görüş oldu + FOTO
Bugün, 11:09 SİYASƏT
-
İlham Əliyev: "Zəngəzur dəhlizi mütləq inşa ediləcək"
Bugün, 11:09 GÜNDƏM
-
Bakıda tələbə tikinti fundamentinə yıxılıb, bir böyrəyi və dalağını itirib - "Caspian Construction" təhlükəsizlik tədbirlərinə əməl etməyib + ŞİKAYƏT
Bugün, 10:55 CƏMİYYƏT
-
İyun ayında 2 dəfə ardıcıl 3 qeyri-iş günü olacaq
Bugün, 10:44 GÜNDƏM
-
Qaradağ İH-də əməliyyat... - Dövlət Xidmətinin saxlanılan əməkdaşı həbsdən buraxıldı
Bugün, 10:41 KRİMİNAL
-
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bugün, 10:21 GÜNDƏM
-
Daha bir futbolçu “Qalatasaray”dan ayrıldı
Bugün, 10:16 İDMAN
-
Prezident İlham Əliyev Bakı Enerji Həftəsində - FOTOLAR
Bugün, 10:06 GÜNDƏM
-
42 deputatın Sahibə Qafarovaya müraciəti təsdiqlənib
Bugün, 09:59 SİYASƏT
-
İMTAHAN BALININ SAXTA HESABLARLA ARTIRILMASI... - DİM xəbərdarlıq yaydı
Bugün, 09:51 GÜNDƏM
-
ABŞ Dövlət katibinin köməkçisi Bakıya gəlib
Bugün, 09:45 GÜNDƏM
-
Kılıçdaroğlunun prezidentliyə namizədi: “Təbii ki, bu prosesdə ən böyük məsuliyyət..."
Bugün, 09:34 SİYASƏT
-
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: həbslər var
Bugün, 09:26 DÜNYA
-
“Smart Customs” platformasında dəyişiklik... - Yeni qayda qüvvəyə mindi
Bugün, 09:17 İQTİSADİYYAT
-
İstirahət mərkəzləri yaxınlığında "qaz sızması" və ya haqqı yeyilən işçilər... - "Azəriqaz" rəhbərliyinə növbəti ittihamlar
Bugün, 09:13 CƏMİYYƏT
-
Ali Koç İspaniya klubunu satın alır
Bugün, 09:01 İDMAN
-
ABŞ İranı bombaladı, Tehrandan cavab gecikmədi – Bölgə yenidən müharibəyə sürüklənir
Bugün, 08:57 GÜNDƏM
-
Mehriban Əliyevadan 1 İyunla bağlı paylaşım - FOTO
Bugün, 08:42 GÜNDƏM
-
Prezident İlham Əliyev bu görüntüləri paylaşdı - FOTOLAR
Bugün, 08:37 GÜNDƏM
-
Roza Zərgərli Çeçenistan rəhbəri ilə bir arada: "Bu, mənim üçün böyük şərəf və fəxrdir” - FOTO
Bugün, 00:58 MƏDƏNİYYƏT
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış... - VİDEO
Bugün, 00:50 CƏMİYYƏT
-
TRAMP TƏLƏBİ SƏRTLƏŞDİRDİ, İRANDAN ƏKS CAVAB GƏLDİ
Bugün, 00:32 DÜNYA
-
Zaporojye Atom Elektrik Stansiyası vurulub: "Nüvə qəzası riski var”
Bugün, 00:32 GÜNDƏM