Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılıb

Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılıb

İQTİSADİYYAT

Bugün, 18:05

Bu gün Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat  yayıb.

Bildirilib ki, bu nümayəndəlik ofisinin təsis edilməsi Çin turizm sektorunda əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə, Azərbaycanın zəngin turizm məhsulları və bənzərsiz turizm potensialı haqqında məlumatlılığın yüksəlb.

Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də hər iki dövlətin turizm sahəsi və media təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı iştirakçılar Azərbaycan ilə Çin arasında turizm əməkdaşlığının inkişaf perspektivlərini və yeni partnyor imkanlarını müzakirə edərək fikir mübadiləsi aparıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR