Başı ova qarışan icra başçısı “bizə pul ayrılmır” deyir, FHN və Agentlik isə... – “Qotur”un qaşınan yarası və ya... (FOTOLAR)
GÜNDƏM
01.06.2026, 00:08
Abşeron rayon, Masazır kəndi, Məmməd Araz küçəsi, döngə 1 ünvanda iki aydan artıqdır fəlakət yaşanır.
Bu barədə Mia.az-a ərazidə yaşayan sakinlər şikayət məktubu ünvanlayıblar.
Şikayətdə yerli icra və bələdiyyə qurumlarının ev dəllallarına ərazidə “Qotur” adıyla tanınan gölün qurudulması və orada evlər tikilərək satılmasına şərait yaratmaqla, yaranmış dözülməz problemdən söz açılıb.
Bildirilib ki, mart ayından başlayaraq yağan yağışlardan sonra gölün qalan kiçik hissəsi də daşıb, üstəlik, ərazidə tikilərək baha qiymətlərə satılan onlarla ev çirkab suların içində qalıb: “Hazırda çirkab sular üfunət yaradıb, bölgədə yoluxucu xəstəliklərin yayılma riski çox böyükdür. Təəssüf ki, ötən iki ayda icra başçısı Abdin Fərzəliyevə dəfələrlə şikayət olunub. İcra Hakimiyyətindən açıq deyilir ki, onlara pul ayrılmır deyə tədbir görə bilmirlər. Abşeron Su İdarəsinin isə sınıq-salxaq bir matoru var, bir gün qoşurlar, sonra xarab olur, çəkib aparırlar. FHN isə deyir ki, problemi yerli icra və bələdiyyə qurumları yaradıb, onlar əlac eləsin. Biz dəfələrlə Prezident Administrasiyasında, Heydər Əliyev Fondunda olmuşuq. Hər dəfə də bizə söz verilir ki, rayon İH başçısına tapşırıq verilib, həll olunacaq. Lakin görünən odur ki, Abdin Fərzəliyev, yaxud onun icra başçısı kimi protipi hesab olunan Nurlan Həsənovun ovdan, pul qazanmaqdan və şou xarakterli tədbirlərdən savayı heç nəyə vaxtları yoxdur”.
Masazır sakinləri deyir ki, bu həftə problem həll edilməsə, ailə üzvləri ilə Prezident Administrasiyasının qarşısına qədər yürüş edəcəklər: “Səsimizi başqa cür eşitdirə bilmirik. Biz düz 2 aydır evimizə gedə bilmirik, küçələrdə qalmışıq. Belə zülmmü olar?! Sizə təqdim etdiyimiz foto və videolara baxın, dözülməz vəziyyətdir”.
Sakinlər deyir ki, indi onları gölün ərazisində vaxtı ilə ev almaqda ittiham edənlər niyə həmin ərazidə ev tikib satanılanda, kor olublar: “O vaxt niyə susublar? Niyə buna şərait yaradıblar? Axı biz haradan biləydik ki, ora “Qotur”un qanunsuz qurudulmuş ərazisidir?...”.
Sakinlər onu da deyir ki, ərazidə tikilmiş hündürmərtəbəli binaların kanalizasiya suları da bu gölə axıdılır: “Bu boyda bina tikilməsinə icazə verən icra başçısı və müvafiq qurumlar bunların kanalizasiya xətlərinə niyə zamanında diqqət etməyiblər? Görünür, hamısı pulunu alıb, hər şeyə göz yumublar. Bunlardan dövlət marağı qoruyanmı olar? Bunlardır dövlətə və ölkə başçısına sədaqətlə qulluq edənlər?...”.
Sonda sakinlər dövlət başçısı cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək istəyiblər: “Ümidimiz yalnız Sizədir. Əminik ki, səsimiz sizə yetissə, ərazidəki suların çəkilməsi və problemin daimi həlli istiqamətində yerli məmurlar əsaslı tədbirlər görəcəklər...”.
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM