Çempionlar Liqası: “Fənərbağça”nın potensial rəqibləri dəqiqləşdi

Çempionlar Liqası: “Fənərbağça”nın potensial rəqibləri dəqiqləşdi  

İDMAN

Bugün, 00:06

UEFA Çempionlar Liqasının seçmə mərhələsində çıxış edəcək “Fənərbağça”nın  potensial rəqibləri bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Istanbul komandası 2-ci seçmə mərhələdə ya Şotlandiyanın "Hearts"ndası, ya da Polşanın "Gornik Zabrze" komandası ilə qarşılaşacaq.

Məlumatda deyilir ki, əgər "Fənərbağça" 3-cü seçmə mərhələyə yüksələrsə, o zaman rəqibləri aşağıdakı komandalardan biri olacaq:

"Belçikadan "Union St. Gilloise", Çexiyadan "Sparta Praqa", Hollandiyadan "NEC Nijmegen"lə üz-üzə gələcək. Əgər "Fənərbağça" pley-off mərhələsinə yüksələrsə, "Lyon", "Bodo/Glimt" və "Olimpiakos" da daxil olmaqla güclü rəqiblərdən biri ilə qarşılaşacaq”.

Xatırladaq ki, 2-ci turun püşkatması 17 iyunda keçiriləcək: “Oyunlar isə 21-22 və 28-29 iyulda, 3-cü tur püşkatması 20 iyunda - oyunlar: 4-5 və 11 avqustda, pley-off isə 18-19 və 25-26 avqustda baş tutacaq.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR