Müğənni Nura Suri: "İnsanlara “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir"

Müğənni Nura Suri: \"İnsanlara “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir\"

MƏDƏNİYYƏT

Bugün, 16:01

"Uşaq pulu məsələsi ətrafında yaranan söz-söhbət heç də ürəkaçan mənzərə yaratmır. İlk olaraq onu deyim ki, övladlarımı özəl xəstəxanalarda dünyaya gətirmişəm, özəl məktəblərdə oxutdurmuşam, peyvəndlərinə kimi özəl klinikalarda vurulub. Dövlətin pulsuz xidmətlərindən heç vaxt istifadə etməmişəm. Düşünürəm ki, imkanı olan şəxslərin çoxu belə edir".
Mia.az xəbər verir ki, bunu müğənni Nura Suri Feysbuk-dakı hesabında yazıb.
O qeyd edib ki, uşaq pulunu tələb edənlər ehtiyacı olan insanlardır:
"Həmin insanları təhqir edərək “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir. Uşaq böyütmək maddi baxımdan o qədər çətindir ki, bir neçə ildən sonra heç kəs bir uşaqdan artıq övlad dünyaya gətirmək istəməyəcək.
Bir ailədə 3 nəfərin (ata, ana, uşaq) kreditə girmədən normal yaşaması üçün bugünkü gündə evə ayda ən az 1500 manat qazanc gəlməlidir. O da əgər həmin ailənin öz evi varsa, kredit və ya ipoteka ödənişi yoxdursa.
Xahiş edirəm, danışanda bir az diqqətli olun, insanları əzməyin. Düşünün, analiz edin, empatiya hissiniz olsun".
Ləman
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR