SÖZÜN İŞIĞINDA BİR GÖRÜŞ... - FOTOLAR

SÖZÜN İŞIĞINDA BİR GÖRÜŞ... - FOTOLAR

MƏDƏNİYYƏT

Bugün, 20:05

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sözümüz, şeirimiz onun yolunda” adlı şeir müsabiqəsinin ikinci mərhələsi çərçivəsində maraqlı və yaddaqalan görüş keçirilib.
Mia.az xəbər verir ki, görüş qəlbi, ruhu poeziya həvəsli layihə rəhbəri, yazıçı-pedaqoq Selcan Məmmədzadənin təşəbbüsü ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlu və Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı Səxavət Tağlar müsabiqə qalibi olan şagirdlərin- mənim və Şəhrizad Qənbərlinin şeirlərini dinləyib, onların yaradıcılıq nümunələri ilə tanış oldular.
Valideynlərin və dəvət olunmuş müəllimlərin - Dillər Məmmədova, Sahilə Ağazadə, Taciyəxanım Məmmədli, Fidan Quliyeva, Tabəs Nəcəfzadə və mədəniyyət işçisi Yasin Tağıyevin də iştirak etməsi bizim üçün çox xoş oldu.
Müsabiqədə səsləndirdiyimiz şeirləri söyləyib, ədəbiyyat və poeziya haqqında söhbətlər etmək yaddaşımızda əbədi bir xatirə oldu. Eyni zamanda, tanınmış şairlər -Qəşəm Nəcəfzadə və Sərvaz Hüseynoğlu, gənclərin dostu və sevimlisi, dəyərli pedaqoq Səxavət Tağlar ilə bir arada olub, onların tövsiyələrini dinləyib, diskusiya aparmaqdan qürur duyduq.
Görüşün təbiət qoynunda, meşə örtüyünün ecazkarlığı, ağacların yarpaqlarından qopan pıçıltı və milli musiqi sədaları altında, samavar çayı ilə olması daha rövnəqli idi. Bütün bunlara görə valideynlərimizlə əlaqə saxlayıb, onlarla bizi gözəl məkanda bir araya yığan tədbirin təşkilatçısı, ruhumuza, qəlbimizə çox yaxın olan, dəyərli Selcan xanıma təşəkkür edirik!
Aydan Əliyeva,
İmişli rayon İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbinim Xl sinif şagirdi, müsabiqə qalibi
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR