Moctaba Xamenei: “Zənginləşdirilmiş uran İrandan çıxarılmayacaq”

Moctaba Xamenei: “Zənginləşdirilmiş uran İrandan çıxarılmayacaq”  

GÜNDƏM

Bugün, 17:10

İranın dini lideri Moctaba Xamenei ABŞ-la danışıqlar prosesini dalana dirəyəcək qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Reuters-ə danışan İranın yüksək vəzifəli rəsmilərindən birinin sözlərinə görə, qərar dövlətin mənafeyinə uyğun verilib: “Ali Dini lider danışıqlar prosesində zənginləşdirilmiş uranın ehtiyatının heç bir halda ölkədən çıxarılmayacağı haqqında maddənin yer almayacağına təlimatt verib. İran hökuməti uranın ölkədən çıxarılmasının ölkəni ABŞ və İsrailin hücumlarına qarşı daha həssas hala gətirəcəyinə şübhə etmir...".

Məlumatda deyilir ki, ABŞ prezidenti Donald Tramp və İsrail hökuməti istənilən potensial razılaşmanın əsas şərti olaraq İrandan zənginləşdirilmiş uranın çıxarılmasını istəyirlər.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatlarına görə, İran təxminən 440 kiloqram 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatına sahibdir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR