Haqqında qiyabi həbs qərarı çıxarılan aktrisa: "Ölkəmə dönəcəm"  

Haqqında qiyabi həbs qərarı çıxarılan aktrisa: \"Ölkəmə dönəcəm\"  

MƏDƏNİYYƏT

Bugün, 15:33

İstanbulda narkotik ittihamı ilə bu gün 25 nəfərlə bir yerdə barəsində həbs qərarı çıxarılan, lakin xaricdə olduğu üçün tutulmayan aktrisa Serenay Sarıkayadan ilk açıqlama gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, haqqında çıxarılan qiyabi həbs tədbirinə baxmayaraq, ölkəyə dönəcəyini bildirib.

 Onun sözlərinə görə, bu şok xəbəri xaricdə alib: “…Ən qısa zamanda ölkəmə qayıdacağam”.

Aktrisa deyib ki,  haqqındakı ittihamdan çəkinmir: “Yaxşıyam, özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Narahat olan hər kəsə sevgi və salamlarımı göndərirəm...”

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR