SEVGİ-SEVİNCLƏ QARŞILANAN ÖMÜR YOLU... - FOTOLAR
MƏDƏNİYYƏT
20.05.2026, 22:18
İş günü sona çatmaq üzrə olsa da Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Fikrət Cəbrayılov adına Şahverdili kənd tam orta ümumtəhsil məktəbində bir qələbəlik, bir mütəşəkkillik, bir sevgi-sevinc yaşanmaqda idi.
Pedaqoji kollektivin hər bir üzvü bu əhval-ruhiyyə ilə gələn qonaqları qarşılayıb, "Xoş gəlmisiniz"- deyirdilər. Məqsəd-məram isə aydın idi:
Ömrünü şərəfli müəllimlik peşəsinə həsr edən, İmişli təhsilində, işlədiyi məktəbdə, yaşadığı kənddə hər kəsin dərin hörmətini qazanmış təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil xanım Həsənovanın yubiley yaşı idi: 65 yaşı!
KİÇİK ARAYIŞ:
Həsənova Sevil Firidun qızı 1961-ci ildə Tərtər rayonunun Seydimli kəndindən anadan olub. Həmin kənddə tam orta təhsil aldıqdan sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu və sonra Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə ikinci təhsil alıb. Ailə həyatı quraraq İmişli rayonuna köçüb. Azərbaycanın tanınmış bir insanı- Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, müxtəlif illərdə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Pənah Həsənovun ailəsində gəlin olub. Arif bəylə birlikdə nümunəvi bir ailə modeli yaradıblar.
Əmək fəaliyyətinə İmişli rayonunun Şahverdili kənd uşaq bağçasında tərbiyəçi kimi başlayıb, sonra həmin kənddə tam orta məktəbdə müəllim, təşkilatçı müavin işləyib, hazırda isə təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Dəfələrlə qabaqcıl təcrübəsi öyrənilərək yayılıb, ali dərəcəli müəllimdir.
Sevil xanımgil ailədə 9 bacı və 1 qardaş olublar. Tək olan qardaşları Vəliyev Əli Firudun oğlu 1992-ci il iyun ayının 17-sində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib. (Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!)
Məktəbin direktoru Xurşud Əliyeva tədbiri acaraq Sevil müəllimin yaradıcı pedaqoji fəaliyyətindən danışıb, onun müəllim-şagird kollektivləri və valideynlər arasında tükənməz məhəbbət qazandığını dilə gətirdi.
Tədbirə təşkilatçılıq edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Kərim Kərimov Sevil Həsənovanı təbrik edib, səmərəli pedaqoji fəaliyyəti və 65 yaşının tamam olması münasibətilə ona FƏXRİ FƏRMAN təqdim etdi.
Sonra Əməkdar müəllim, Prezident mükafatçısı Səxavət Tağlar Şahverdili məktəbinin uğurları, müşahidə etdiyi səliqə-sahman, kollektivdə yaşanan sağlam pedaqoji mühit barədə təəssüratlarını bölüşüb, məktəb həyatının hər bir işində Sevil xanımın əməyi, xüsusi xidmətləri olduğunu göstərdi.
Qonaqlar və məktəbin müəllimləri- təcrübəli təhsil təşkilatçısı, uzun illər məktəb direktoru işləmiş, "Tərəqqi" medallı Əli Nəcəfov, məktəb direktorları Səadət Mustafayeva və Aysel Quliyeva, Sevil xanımın çiyindaşları- Ramilə Savalanova, Ağabala Fərzəliyev və Əlövsət Əmirov təbriklərə qoşulub, səmimi fikirlərini, xoş arzu- diləklərini bildirdiər.
Sonda Sevil Həsənova Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Kərim Kərimova, tədbirdə iştirak edən qonaqlara və kollektiv üzvlərinə təşəkkür edib, öz minnətdarlığını bildirdi.
Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur repçi həbs olundu
Bugün, 01:00 MƏDƏNİYYƏT
-
Özgür Özəldən iddialı açıqlama: "Yeni partiyamıza 200-dən çox bələdiyyə sədri qatılacaq, Mənsur Yavaş və Karalara gəlincə..."
Bugün, 00:36 SİYASƏT
-
"Beşiktaş" "bizlik deyil" deyib satdı, indisə... - "Aston Villa" 20 milyon avro verir
Bugün, 00:22 İDMAN
-
Yeni Partiyanın prezidentliyə namizədi İmamoğlu olacaq? - Özgür Özəl suala "ikibaşlı" cavab verdi
Bugün, 00:15 SİYASƏT
-
"NEC Nijmegen" Duşan Tadiçi heyətinə qatıb
Bugün, 00:07 İDMAN
-
Ramiz Mehdiyevlə bağlı hansı qərar veriləcək?
Bugün, 00:03 SİYASƏT
-
"Alanyaspor" Güvən Yalçın ilə yolları ayırdı
27.07.2026, 22:34 İDMAN
-
Seda Sayandan Haluk Levent haqqında gözlənilməz - AÇIQLAMA
27.07.2026, 22:26 MƏDƏNİYYƏT
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
27.07.2026, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
27.07.2026, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
27.07.2026, 19:34 GÜNDƏM
-
Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və... - Onlara hökm oxundu
27.07.2026, 17:40 PRESS
-
"Real Madrid" Yan Diomande ilə razılaşdı
27.07.2026, 17:30 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.07.2026, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
27.07.2026, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
27.07.2026, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
27.07.2026, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
27.07.2026, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
27.07.2026, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
27.07.2026, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
27.07.2026, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
27.07.2026, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
27.07.2026, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
27.07.2026, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
27.07.2026, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
27.07.2026, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
27.07.2026, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
27.07.2026, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
27.07.2026, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
27.07.2026, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
27.07.2026, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
27.07.2026, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
27.07.2026, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
27.07.2026, 13:24 GÜNDƏM