Sahibə Qafarovan Rusiyaya işgüzar səfərə gedib

Sahibə Qafarovan Rusiyaya işgüzar səfərə gedib

GÜNDƏM

Bugün, 18:23

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiyaya işgüzar səfərə gedib.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, Sankt-Peterburq şəhərinin "Pulkovo 3" hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR