GÜRCÜSTANA KÖHNƏ VƏ YENİ QİYMƏTLƏR: “AZAL-ın biletlərinə təsir edəcək”
İQTİSADİYYAT
19.05.2026, 22:59
Altı il iki aylıq fasilədən sonra Bakı–Tbilisi arasında gündəlik sərnişin qatarlarının hərəkətinin bərpa olunacağı bildirilir.
Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında əldə olunan razılığa əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin daşımaları mayın 26-dan etibarən yenidən fəaliyyət göstərəcək. Qeyd olunub ki, razılaşma Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Prezident İlham Əliyevlə keçirdiyi yüksəksəviyyəli görüşdən sonra əldə olunub.
Bunun ardınca “Azərbaycan Dəmir Yolları” (ADY) ötən gün yaydığı məlumatda Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı “Gürcüstan Dəmir Yolları” ilə texniki və təşkilati məsələlər üzrə işçi qaydada müzakirələrin aparıldığını bildirib.
Bu gün isə qurum yeni açıqlama yayaraq marşrut üzrə sərnişin qatarının fəaliyyətinin 26 may tarixindən bərpa olunacağını rəsmən təsdiqləyib.
Həmçinin “Azərbaycan Dəmir Yolları”ndan bildirilib ki, qiymət cədvəli yaxın günlərdə açıqlanacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti 19 mart 2020-ci ildən etibarən COVİD-19 pandemiyası səbəbindən müvəqqəti dayandırılmışdı. Həmin vaxt Bakı–Tbilisi qatarının bilet qiyməti ən ucuz variantda 25 manat idi.
Son illərdə quru sərhədləri bağlı olduğundan Gürcüstana gediş-gəliş yalnız hava nəqliyyatı ilə mümkün olub. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakı–Tbilisi istiqamətində təklif etdiyi aviabiletlərin qiyməti isə uzun müddətdir ki, müzakirə mövzularının əsas predmentlərindən biri idi. Müəyyən dönəmlərdə bir istiqamət üzrə 300-400 manata qədər yüksələn aviabiletlər sərnişinlər tərəfindən ciddi narazılıqla qarşılanırdı. Vətəndaşlar haqlı olaraq hava yolu ilə 40 dəqiqə məsafədə yerləşən paytaxt Tbilisiyə biletlərin niyə bu qədər yüksək qiymətə təklif olunmasından şikayətlənirdilər. Yeri gəlmişkən, qeyd edək ki, hazırda Bakı-Tbilisi istiqamətində AZAL-ın təqdim etdiyi aviabiletlərin qiymətində müəyyən qədər ucuzlaşma müşahidə edilir. Hazırda biletlərin qiyməti səfər tarixindən asılı olaraq 147 manatdan 228 manatadək dəyişir. Daha dəqiq desək növbəti iki gün ərzində Bakı–Tbilisi reysləri üçün ən aşağı bilet qiyməti 147 manat təşkil edir. May ayının sonlarına doğru isə qiymətlər artaraq təxminən 200 manata çatır. Ayın son günlərində bəzi reyslər üzrə biletlərin qiyməti artıq 200 manatı keçir. İyun ayı üzrə də qiymətlər 167-206 manat aralığında dəyişir.
Sadə bir riyazi hesablama əsasında məlum olur ki, minimum qiymətlər nəzərə alınmaq şərti ilə (vətəndaşlar hətta bileti əvvəlcədən aldıqları halda belə-red.) əvvəlki qatar bileti ilə müqayisədə Gürcüstana getmək üçün 122 manat artıq vəsait ödəyiblər. Başqa sözlə, sərnişin qatarları fəaliyyət göstərmədiyindən bir nəfər üçün yol xərci minimum 122 manat artıb.

Məlumat üçün qeyd edək ki, 2025-ci ildə Gürcüstana səfər edən azərbaycanlıların sayı 226 min 92 nəfər olub. Növbəti sadə hesablamaya əsasən, ötən il yeganə gediş yolu hava nəqliyyatı olduğundan Azərbaycan vətəndaşları ümumilikdə 27,6 milyon manat əlavə vəsait xərcləməli olublar.
Düzdür, hesablamalar yeni tariflər məlum olmadığından köhnə qiymətlər əsasında aparılıb. Ancaq eyni zamanda hesablamaya təyyarədən istifadə etdikdə vətəndaşın xərcləmək məcburiyyətində olduğu hava limanına gediş-gəliş, baqaj ödənişləri və biletlərdəki mövsümi artımlar da daxil edilməyib. Hətta qarşıdakı günlərdə qatar qiymətləri müəyyən qədər artsa belə, Azərbaycan vətəndaşlarının bu istiqamət üzrə əlavə nəqliyyat xərcinin qeyd olunan məbləğdən yuxarı olduğu da şübhə doğurmur.

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı Xalid Kərimli Bakı–Tbilisi qatarının bərpasının AZAL-ın aviabilet qiymətlərinə müəyyən təsir göstərə biləcəyini desə də, ciddi ucuzlaşma gözləmədiyini bildirib.
Onun sözlərinə görə, hazırda qatar biletlərinin hansı qiymətə olacağı ilə bağlı konkret fikir bildirmək tezdir.
Çünki qiymətlər tərəflər arasında aparılacaq razılaşmadan sonra müəyyənləşəcək: “Bu, tələb-təklif məsələsi deyil. Azərbaycan və Gürcüstan dəmir yolları oturub müəyyən razılığa gələcəklər. Qiymət açıqlanandan sonra daha dəqiq şərh vermək mümkün olacaq. Dəmir yolu qiymətlərinin hesablanması ilə bağlı beynəlxalq səviyyədə vahid metodologiya yoxdur ki, kilometraj əsasında konkret rəqəm söyləmək mümkün olsun”.
Xalid Kərimli hesab edir ki, qatar reyslərinin bərpası Bakı–Tbilisi istiqamətində aviabiletlərin qiymətlərinə təsir göstərəcək. Onun fikrincə, xüsusilə qeyri-pik dövrlərdə və sərnişin axınının zəif olduğu vaxtlarda daha münasib aviabilet qiymətləri ilə rastlaşmaq mümkün ola bilər.
Bununla belə, iqtisadçı bildirir ki, son illərdə hava nəqliyyatı sektorunda xərclər ciddi şəkildə artıb. Xüsusilə təyyarə yanacağının bahalaşması aviaşirkətlərin xərc yükünü artırıb:“Bu illər ərzində hava nəqliyyatının xərcləri artıb. Xüsusilə son proseslər fonunda təyyarə yanacağının qiymətləri kəskin yüksəlib. Bu baxımdan aviaşirkətlərin xərcləri də artıb. Amma hesab edirəm ki, qatarın fəaliyyətə başlaması Bakı–Tbilisi aviareyslərinin qiymətlərinə müəyyən təsir göstərə bilər”.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BƏƏ-yə 6 dron fırladılıb - Son 48 saatda
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
İsrail Livanı yenə bombaladı: daha 10 nəfər öldü
19.05.2026, 23:27 DÜNYA
-
BAKIDA MƏŞHUR HOTELDƏ GÜCLÜ YANĞIN: bura kimindir? + VİDEOLAR (Yenilənib)
19.05.2026, 23:27 CƏMİYYƏT
-
GÜRCÜSTANA KÖHNƏ VƏ YENİ QİYMƏTLƏR: “AZAL-ın biletlərinə təsir edəcək”
19.05.2026, 22:59 İQTİSADİYYAT
-
Avropa Komissiyasının sədri Ərdoğanla müzakirə apardı
19.05.2026, 22:39 DÜNYA
-
Gürcüstana qatar yolu açılır: gediş qrafiki bəlli oldu - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
19.05.2026, 22:12 CƏMİYYƏT
-
Tramp: “İran bizə yalvarır”
19.05.2026, 20:00 GÜNDƏM
-
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
19.05.2026, 19:52 İQTİSADİYYAT
-
Türkiyədə 6 nəfəri güllələyən şəxs özünü öldürdü
19.05.2026, 19:42 KRİMİNAL
-
Türkiyədə 16 yaşlı futbolçu qəzada öldü
19.05.2026, 19:37 İDMAN
-
"Beşiktaş"dan sürpriz həmlə - “Fənərbağça”dan ayrılan baş məşqçi İstanbula geri gəlir?
19.05.2026, 19:27 İDMAN
-
İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
19.05.2026, 18:30 GÜNDƏM
-
DSMF-dən pensiya - AÇIQLAMASI
19.05.2026, 18:15 İQTİSADİYYAT
-
Əhalimiz nə qədərdir? - Son statistik məlumat açıqlandı
19.05.2026, 18:05 GÜNDƏM
-
PA rəsmisindən Gürcüstana qatar yolunun bərpası barədə - AÇIQLAMA
19.05.2026, 17:59 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa Parlamentini qınadı: "Bu qətnaməni qəbul edənlərin özləri heç..."
19.05.2026, 17:46 SİYASƏT
-
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar...
19.05.2026, 17:27 CƏMİYYƏT
-
Energetika Nazirliyi - D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib
19.05.2026, 17:21 İQTİSADİYYAT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
19.05.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
19.05.2026, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
19.05.2026, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
19.05.2026, 16:44 DÜNYA
-
MERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
19.05.2026, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
19.05.2026, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
19.05.2026, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
19.05.2026, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
19.05.2026, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.2026, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
19.05.2026, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
19.05.2026, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
19.05.2026, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
19.05.2026, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
19.05.2026, 14:33 GÜNDƏM