Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı

Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı  

DÜNYA

Bugün, 16:44

Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində yenidən sürətlə yayılan Ebola epidemiyası dünyaya qorxu saçıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq bu virusa yoluxanların sayı 118-ə yüksəlib.

Bu barədə Konqo Demokratik Respublikası hökumətinin sözçüsü Patrik Muyaya yerli mediaya danışıb. O bildirib ki, İturi əyalətindəki Nyankunde bölgəsi və Şimali Kivu əyalətindəki Katva bölgəsində yoluxma halları genşlənib: “Çox təəssüf ki, buna paralel olaraq ölü sayı da artır”

Hökumət sözçüsü əhaliyə müraciət edərək epidemiyanı nəzarətdə saxlamaq üçün tələb edilən tədbirlərə əməl etməyə çağırıb: “Maska ​​taxmaq, əlləri müntəzəm olaraq yumaq və riskli təmasdan qaçmaq mütləqdir!”

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR