Şimali Koreyalı futbolçular Cənubi Koreyada - 7 il sonra bir ilk + FOTO

Şimali Koreyalı futbolçular Cənubi Koreyada - 7 il sonra bir ilk + FOTO  

İDMAN

Bugün, 09:05

Şimali Koreyanın “Naegohyang” Qadın Futbol Klubu AFC Qadınlar Çempionlar Liqasının yarımfinal oyunu üçün Cənubi Koreyaya gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Şimali Koreyalı idmançıların yeddi ildən sonra Cənubi Koreya torpağına ayaq basdığı ​​bir ilkdir.

Məlumata əsasən, ötən gecə Pxenyanqda yerləşən Naegohyang Qadın Futbol Klubunun 39 nəfərlik nümayəndə heyəti Pekindən İnçxon Beynəlxalq Hava Limanına eniş edib.

Komanda oyunçuları və məşqçi heyəti hava limanında medianın diqqəti və təhlükəsizlik tədbirləri altında avtobuslarına doğru yola düşüblər. Birləşmə tərəfdarı qrupların "Xoş gəlmisiniz" şüarlarına baxmayaraq, futbolçuların səssiz və emosional olmayan davranışları diqqətdən qaçmayıb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In bu yaxınlarda iki Koreya arasındakı bölünməni konstitusiya səviyyəsində daha da təsdqiləsə də, Pxenyan administrasiyası yeni raket, hərbi gəmi və sualtı qayıq layihələri ilə gücünü atırmağa və cənuba göz dikməyə davam edir.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR