ADSEA rəhbərliyi şikayətçilərin səsini niyə "boğur"? - “Facebook”da şərh bölməsi bağlanıb (FOTOLAR)
CƏMİYYƏT
18.05.2026, 20:45
Azərbaycanda dövlət qurumlarının sosial şəbəkələrdə fəaliyyəti artıq təkcə məlumat yaymaq funksiyası daşımır. "Facebook", "Instagram", "X" və "Telegram" platformaları illərdir vətəndaşların problemlərini birbaşa çatdırdığı, operativ cavab gözlədiyi əsas kommunikasiya vasitəsinə çevrilib. Dövlət qurumlarına da məhz bu məqsədlə - ictimaiyyətə açıq olmaq, şəffaflığı təmin etmək və vətəndaşı dinləmək öhdəliyi qoyulub.
Lakin görünür, bəzi qurumlar üçün sosial şəbəkə “ictimai dialoq platforması” yox, sadəcə birtərəfli təbliğat vitrini kimi qəbul edilir. Bunun ən bariz nümunələrindən biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin - ADSEA-nın fəaliyyəti ilə bağlı ortaya çıxıb.
Bizimesr.com bildirir ki, bir müddətdir ADSEA-nın "Facebook" səhifəsində şərh bölməsi bağlanıb. Bu səhifə - (https://www.facebook.com/adsea.gov.az) indi yalnız onların özlərinin yazması və oxumasına xidmət edir.
Çünki su, kanalizasiya və drenaj problemlərindən əziyyət çəkən minlərlə insanın səsini çatdırmaq üçün istifadə etdiyi yeganə açıq platformalardan biri məhz sosial şəbəkələr idi. İndi isə vətəndaşın danışmaq, dərdini demək hüququ belə əlindən alınıb.
Maraqlıdır, ADSEA-nın sosial şəbəkə hesabları kim üçündür? Əgər vətəndaş problemini yaza bilməyəcəksə, narazılığını bildirə bilməyəcəksə, o zaman həmin səhifələr hansı məqsədə xidmət edir? Hələ Bakıda və Sumqayıtda yaşanan fəlakətli vəziyyət hökm sürürsə...
2026-cı ildə yağan güclü yağışlar paytaxtın infrastruktur problemini bütün çılpaqlığı ilə ortaya qoydu. Bakı, Sumqayıt və ətraf qəsəbələr demək olar ki, hər yağışdan sonra su altında qalır. Küçələr çaya çevrilir, avtomobillər batır, yaşayış massivlərinə kanalizasiya suları dolur, insanlar saatlarla yollarda qalır.
Son belə hadisə cəmi bir gün əvvəl baş verdi. Paytaxtın müxtəlif ərazilərində kanalizasiya və drenaj sisteminin işləməməsi səbəbindən ciddi problemlər yarandı. Sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin miqyasını açıq göstərirdi. Ancaq bütün bunların fonunda diqqət çəkən əsas məqamlardan biri ADSEA rəhbəri Zaur Mikayılovun nümayiş etdirdiyi laqeyd münasibətin şahidiyik...
Əvvəlki günlərlə müqayisədə bu dəfə Agentlik rəhbəri Zaur Mikayılovun nə ciddi narahatlığı hiss olundu, nə də ictimaiyyət qarşısında məsuliyyətli açıqlamaları. Əksinə, yaranan mənzərə sanki “belə də olmalıdır” prinsipi ilə qəbul edildi. Halbuki söhbət sadəcə yağışdan yox, illərlə həll olunmayan və milyonlarla insanın həyatına təsir edən sistem problemindən gedir.
Apardığımız araşdırmalar zamanı əldə olunan məlumatlara görə, ADSEA-nın sosial şəbəkələrində şərh bölmələrinin bağlanması ilə bağlı göstəriş Agentliyin Aparat rəhbəri Fuad Quliyev tərəfindən verilib.
Məlumata görə, qurum daxilində əsas idarəçilik və nəzarət mexanizmlərini məhz Fuad Quliyev həyata keçirir. Fuad Quliyev ADSEA sədri Zaur Mikayılovun qudasıdır və...
Bu fakt isə qurumda idarəetmənin hansı prinsiplərlə həyata keçirilməsini tam çılpaqlığı ilə ortaya sərir. ADSEA dövlət qurumu olmaqdan çıxaraq, qudaların obyekti statusuna keçir...
Narazılıq doğuran digər məsələ isə ADSEA rəhbərinin bölgələrdə keçirdiyi “vətəndaş qəbulları” ilə bağlıdır.
Yerli sakinlərin məlumatına görə, bu görüşlərdə əsl problemlərlə yaşayan insanların rəhbərliyə çıxışı demək olar ki, mümkün olmur. Əvəzində əvvəlcədən seçilmiş şəxslər görüşlərə gətirilir, onlar da vəziyyətin “normal” olduğunu deyərək rəhbərliyə təriflər yağdırırlar. Son belə görüş ADSEA sədri Zaur Mikayılovun Naftalan şəhərində vətəndaş qəbulu zamanı yaşanıb. Real problemlərlə üzləşən vətəndaşlara “vaxt azdır”, “sonra baxarıq”, “müraciət edin” kimi formal cavablar verilib. Görüşə isə bir neçə şəxs buraxılıb, onlar da Zaur müəllimi tərifləyib gediblər. Qurum da görüş barədə 3-4 şəkildən ibarət bir status paylaşaraq, işini bitmiş hesdab edib. Zatən narazılar yaza bilməyəcək, çünki, şəhr bölməsi bağlıdır.
Əslində məsələ təkcə Facebook şərhlərinin bağlanması deyil. Problem daha dərindir. Problem ondadır ki, vətəndaşın tənqidinə açıq olmayan qurum zamanla özünü cəmiyyətdən təcrid edir. Tənqid eşitmək istəməyən idarəçilik isə problemləri həll etmək əvəzinə onları gizlətməyə çalışır. Amma Zaur Mikayılov Bakı küçələrini basan suyu gizlədə bilmir.
İnsanların evinə dolan kanalizasiya sularını, yağışdan sonra iflic olan yolları, işləməyən drenaj sistemini “şərh bölməsini bağlamaqla” aradan qaldırmaq olmur. Əksinə, bu addımlar cəmiyyətdə “ADSEA artıq vətəndaş üçün yox, müəyyən qrupların maraqları üçün idarə olunur” fikrini daha da gücləndirir. Çünki vətəndaşın danışmasına imkan verməyən qurumun əsas problemi çox vaxt elə danışılacaq həqiqətlərin özü olur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Leyla Əliyeva Almaniyada: UNFCCC-in icraçı katibi ilə görüş olub - FOTOLAR
Bugün, 13:13 SİYASƏT
-
Yanlışlıq edən aparıcı haqqında araşdırma başlayıb - Telekanal üzr istədi
Bugün, 13:07 PRESS
-
Baxçalıdan seçki açıqlaması: “Ərdoğan yerindədir, biz də arxasındayıq”
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:54 CƏMİYYƏT
-
İsrail Qəzzaya hücum edib – 5 mülki şəxs həlak olub
Bugün, 12:47 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 12:38 GÜNDƏM
-
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər... - Qanuna dəyişir
Bugün, 12:34 CƏMİYYƏT
-
Əli Kərimlinin barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
Bugün, 12:20 SİYASƏT
-
Kılıçdaroğlundan deputatlara diqqətçəkən mesaj: "Məni gözləyin, qəti başqa partiyaya getməyin!"
Bugün, 11:58 SİYASƏT
-
Zahid Oruc Milli Məclisdə: "Yeni yaradılacaq qurumun səlahiyyətləri..." - "...dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır"
Bugün, 11:53 SİYASƏT
-
Şahmar Mövsümov: "Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb"
Bugün, 11:32 İQTİSADİYYAT
-
Mustafa Nuhbalayev vəzifədən azad edilib
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artisti Flora Kərimova xəstəxanadan evə buraxılır - 3 günə...
Bugün, 11:11 MƏDƏNİYYƏT
-
Prezidentin köməkçisi : "Qarşıdakı dörd il yarım müddətində..."
Bugün, 11:09 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirilir
Bugün, 11:00 GÜNDƏM
-
Avropa ölkəsində skandal - Vəliəhdin oğlu zorlama ittihamı ilə həbs edildi
Bugün, 10:53 DÜNYA
-
73 056 IMEI koda "klon" statusu verilərək blok edilib
Bugün, 10:41 İQTİSADİYYAT
-
Roma Papası Azərbaycana səfərə dəvət edildi - Prezidentlə görüş oldu + FOTOLAR
Bugün, 10:34 GÜNDƏM
-
TRT-də tarixi səhv – Dünya mediası bu yanlışı müzakirə edir
Bugün, 10:18 PRESS
-
İndoneziyada güclü zəlzələ oldu
Bugün, 10:06 DÜNYA
-
Media və Yayım Şurası yaradılacaq - QANUN DƏYİŞİR + DETALLAR
Bugün, 09:48 PRESS
-
Azərbaycan neftinin qiyməti 86 dollara endi
Bugün, 09:48 İQTİSADİYYAT
-
Böyük Britaniyada 16 yaşa qədər uşaqların sosial mediaya çıxışı qadağan olundu
Bugün, 09:40 PRESS
-
Gömrük Komitəsi proqnozu kəsirlə icra edib
Bugün, 09:24 İQTİSADİYYAT
-
İmamoğlu Kamal Kılıçdaroğlunu ələ saldı: “Bu bədniyyətli qəyyumun nə düşündüyünü bilmirəm, ancaq..."
Bugün, 09:17 SİYASƏT
-
Rəsmi Vaşinqton: “İran uran ehtiyatlarını məhv etməyə razılaşıb”
Bugün, 09:02 GÜNDƏM
-
ABŞ-ın nəhəng təyyarəsi qəzaya uğradı – 8 hərbçi həlak oldu
Bugün, 08:55 GÜNDƏM
-
CHP-li bələdiyyə sədri barədə həbs qərarı verildi
Bugün, 08:36 SİYASƏT
-
DÇ-2026-ya iz qoyan siyasi çalar - İranla oyunda bu mesaj nəyə işarə idi? + FOTO
Bugün, 08:29 SİYASƏT
-
DÇ-2026-da daha bir sürpriz: Muslera tarix yazdı!
Bugün, 08:19 İDMAN
-
Hikmət Hacıyevin Ermənistana səfəri: üç istiqamətdə aparılan danışıqlar və...- TƏHLİL
Bugün, 01:05 SİYASƏT
-
DÇ-2026: Belçika Misir yığması ilə bacarmadı
Bugün, 00:57 İDMAN
-
İspaniya yığmasının qarşısına sədd çəkən 40 yaşlı qapçı… - Bir saata izləyici sayı 2 milyon artdı
Bugün, 00:44 İDMAN
-
İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”
Bugün, 00:33 GÜNDƏM