Bir gecənin içində qocalan atalar...
CƏMİYYƏT
18.05.2026, 16:37
Həmzə ilə sonuncu dəfə iki həftə əvvəl yas mərasimində görüşmüşdük. Rəhmətə gedən bir həmkəndlimizin hayına hamıdan əvvəl Həmzə çatmışdı. Qardaşları Vəli müəllim, Alı müəllim, Əsəd, Sahib, Oqtay da belədir - el-obadan, qohum-qardaşdan, dost-tanışdan bir adamın ayağına daş dəyəndə bu ağrını öz canlarında hiss edirlər. Ataları Əli kişi də beləydi. Rəhmətliyin gözü ağı qaradan seçənə kimi bir gün xeyirdən-şərdən qalmadı...
Biz doğma yurd-yuvamızdan 33 il əvvəl didərgin düşmüşük. Başımıza nə qədər müsibət gəlsə də, həyat bir tikə çörəklə, bir içim su ilə bizi sınağa çəksə də, çətin gündə ellimizi, yerlimizi darda qoymamışıq. El-obanın xoş günündə sevinməyi, ağır günündə kədərlənməyi xeyirdən-şərdən qalmayan atalarımızdan, ağsaqqallarımızdan öyrənmişik...
Həmzə mənim həmkəndlimdir. Biz ikimiz də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşuq, eyni məktəbdə oxumuşuq. Həmzəgilin sinfi Soltanlı kənd orta məktəbinin sonuncu - 1993-cu il buraxılışı olub. Bu geniş izahat ondan ötrüdür ki, Həmzəni çoxdan, lap çoxdan tanıdığıma əmin olasınız. Tanıdığım ilk gündən Həmzə heç dəyişməyib - sadə, zəhmətkeş və səmimidir.
Üç ay əvvəl bir toyda görüşəndə ərklə əlini sıxdım. Həmzənin ovcunun içindəki qabarlar əllərimi daladı. Bu qabarlar zəhmətin, əziyyətin nişanəsidir.
Alnında naxış salmış qırışlara işarə edib: “Qocalırsan”, - dedim. Cavabı belə oldu: “Uşaqlar böyüyəndə, atalar qocalır”.
İkimiz də Bakıətrafı qəsəbələrdə yaşadığımız üçün toydan evə bir yerdə getdik. Yolda uşaqları soruşdum. "Hüseyn əsgər yaşına çatıb. İnşallah, apreldə Vətəni qorumağa yola salacam".
Aprelin 16-da Hüseynin 18 yaşı tamam oldu. Bir gün sonra onu əsgər apardılar.
Həmzə hərbi xidmətə yollanandan 23 gün sonra həyatını itirən əsgər Hüseyn Əsədovun atasıdır. Hüseyn Vətəni qorumağa getmişdi, amma hərbi sirləri öyrənənə, püxtələşənə kimi biz onu qoruya bilmədik...
... Mayın 10-u idi. Həmzə ilə 11 il eyni sinifdə oxuyan qardaşım Teymur və əmioğlu Allahverdi ilə birlikdə şəhid anası olan Adilə bibimə baş çəkməyə getmişdik. Orada eşitdiyimiz dəhşətli xəbər bizi sarsıtdı. Teymur əlləri əsə-əsə Həmzənin nömrəsini yığdı. Hamımızın dilində eyni sözlər vardı: “Allah eləsin, yalan olsun”.
Əllərimiz göydə, qulağımız səsdə idi...
Gəncədə, hospitalın qabağında oğlunun nəşini gözləyən adam - Həmzə cəmi iki kəlmə deyə bildi: “Belim qırılıb...”
Ertəsi gün dünyadan nakam köçən Hüseynimizi son mənzilə yola salmaq üçün Binəyə gedəndə Həmzəni tanımadım. Bir gecədə azı 20 il qocalmışdı...
Atası həmkəndlim, məktəb yoldaşım olsa da, mən Hüseyni tanımırdım. Amma indi Azərbaycanda hamı onu tanıyır. İndi 10 milyon insan nakam əsgərimiz üçün ağı deyir. Hətta ana təbiət də onun üçün göz yaşı axıdır...
Sağlığında tanımadığım Hüseyni şəhadətə yüksələndən sonra tanıdım. “Çox tərbiyəli, qanacaqlı oğlan idi. İndiki dövrdə belə ağıllı uşaq az tapılır. Müəllimlər də, şagirdlər də onun xatirini çox istəyirdi”. Hüseynin müəllimi sosial şəbəkə hesabında yazmışdı.
Eyni sözləri qohumları, dostları, qonşuları da deyir. Çoxlarının isə demək istədiyi düyünlənib boğazında qalıb...
Hüseyn hər adama nəsib olmayan UCALIQda dayanıb.
Yanımda dayanan atasına isə təsəlli verməyə söz tapa bilmirəm. Mayın 11-də Binə qəbiristanlığında Hüseynin tabutu başında üz-üzə, göz-gözə gələndə də heç deyə bilməmişdim.
O gün danışmağa çətinlik çəkdiyim kimi, indi də yazmağa söz tapa bilmirəm. Bu yazı hec vaxt tamamlanmayacaq, yarımçıq qalacaq.
Hüseynin taleyi kimi...
Seymur Verdizadə
mətbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər... - Qanuna dəyişir
Bugün, 12:34 CƏMİYYƏT
-
Əli Kərimlinin barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
Bugün, 12:20 SİYASƏT
-
Kılıçdaroğlundan deputatlara diqqətçəkən mesaj: "Məni gözləyin, qəti başqa partiyaya getməyin!"
Bugün, 11:58 SİYASƏT
-
Zahid Oruc Milli Məclisdə: "Yeni yaradılacaq qurumun səlahiyyətləri..." - "...dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır"
Bugün, 11:53 SİYASƏT
-
Şahmar Mövsümov: "Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb"
Bugün, 11:32 İQTİSADİYYAT
-
Mustafa Nuhbalayev vəzifədən azad edilib
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artisti Flora Kərimova xəstəxanadan evə buraxılır - 3 günə...
Bugün, 11:11 MƏDƏNİYYƏT
-
Prezidentin köməkçisi : "Qarşıdakı dörd il yarım müddətində..."
Bugün, 11:09 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirilir
Bugün, 11:00 GÜNDƏM
-
Avropa ölkəsində skandal - Vəliəhdin oğlu zorlama ittihamı ilə həbs edildi
Bugün, 10:53 DÜNYA
-
73 056 IMEI koda "klon" statusu verilərək blok edilib
Bugün, 10:41 İQTİSADİYYAT
-
Roma Papası Azərbaycana səfərə dəvət edildi - Prezidentlə görüş oldu + FOTOLAR
Bugün, 10:34 GÜNDƏM
-
TRT-də tarixi səhv – Dünya mediası bu yanlışı müzakirə edir
Bugün, 10:18 PRESS
-
İndoneziyada güclü zəlzələ oldu
Bugün, 10:06 DÜNYA
-
Media və Yayım Şurası yaradılacaq - QANUN DƏYİŞİR + DETALLAR
Bugün, 09:48 PRESS
-
Azərbaycan neftinin qiyməti 86 dollara endi
Bugün, 09:48 İQTİSADİYYAT
-
Böyük Britaniyada 16 yaşa qədər uşaqların sosial mediaya çıxışı qadağan olundu
Bugün, 09:40 PRESS
-
Gömrük Komitəsi proqnozu kəsirlə icra edib
Bugün, 09:24 İQTİSADİYYAT
-
İmamoğlu Kamal Kılıçdaroğlunu ələ saldı: “Bu bədniyyətli qəyyumun nə düşündüyünü bilmirəm, ancaq..."
Bugün, 09:17 SİYASƏT
-
Rəsmi Vaşinqton: “İran uran ehtiyatlarını məhv etməyə razılaşıb”
Bugün, 09:02 GÜNDƏM
-
ABŞ-ın nəhəng təyyarəsi qəzaya uğradı – 8 hərbçi həlak oldu
Bugün, 08:55 GÜNDƏM
-
CHP-li bələdiyyə sədri barədə həbs qərarı verildi
Bugün, 08:36 SİYASƏT
-
DÇ-2026-ya iz qoyan siyasi çalar - İranla oyunda bu mesaj nəyə işarə idi? + FOTO
Bugün, 08:29 SİYASƏT
-
DÇ-2026-da daha bir sürpriz: Muslera tarix yazdı!
Bugün, 08:19 İDMAN
-
Hikmət Hacıyevin Ermənistana səfəri: üç istiqamətdə aparılan danışıqlar və...- TƏHLİL
Bugün, 01:05 SİYASƏT
-
DÇ-2026: Belçika Misir yığması ilə bacarmadı
Bugün, 00:57 İDMAN
-
İspaniya yığmasının qarşısına sədd çəkən 40 yaşlı qapçı… - Bir saata izləyici sayı 2 milyon artdı
Bugün, 00:44 İDMAN
-
İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”
Bugün, 00:33 GÜNDƏM
-
ABŞ-ın strateji neft ehtiyatı 43 İlin ən aşağı səviyyəsinə enib -Hesabat
Bugün, 00:27 İQTİSADİYYAT
-
“Həmkarlar”ın etiraz doğuran turpaketi... “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bugün, 00:20 CƏMİYYƏT
-
Xırdalanda Heydər Parkı: sürətlə atan obyektlər, qəlyan qoxusu və quruyan ağaclar… - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
ABŞ-dan İsrailə ultimatum: “Oradan tədricən çəkilin!”
Bugün, 00:15 DÜNYA
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bugün, 00:09 GÜNDƏM
-
"Turan Tovuz”un Avropa xəyalı bitdi - CAS qərar verdi
Bugün, 00:05 GÜNDƏM