Mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlandı
CƏMİYYƏT
18.05.2026, 16:16
Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Mia.az-a verilən məlumata görə, nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.
Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 29 182 nəfərdən 477 nəfər imtahana gəlməyib.
Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan "qeyri-məqbul" alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar iyunun 21-də keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 25 may - 2 iyunda aparılacaq.
Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (3 may və ya 21 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 19 may saat 10:00-dan 21 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiya ordusu Ukraynanın bəzi şəhərlərini bombalayıb
Bugün, 10:02 GÜNDƏM
-
Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
Bugün, 09:40 GÜNDƏM
-
32 yaşlı argentinalı futbolçu: "Əla matç olacaq"
Bugün, 09:38 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:27 İQTİSADİYYAT
-
Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu
Bugün, 09:18 DÜNYA
-
RƏSMİ TEHRAN: “İslamabad razılaşması bitdi”
Bugün, 09:12 GÜNDƏM
-
Türkiyədə bələdiyyə sədri həbs olundu
Bugün, 08:59 SİYASƏT
-
CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)
Bugün, 08:17 GÜNDƏM
-
DÇ-2026: İspaniya Fransa üzərində tarixi qələbə qazandı
Bugün, 00:58 İDMAN
-
"O VAXT İRAQIN İŞĞALI YANLIŞ İDİ” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar
Bugün, 00:31 GÜNDƏM
-
İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"
Bugün, 00:23 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 00:05 GÜNDƏM
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - 11 nəfər xilas edilib - Kapitan isə axtarılır
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə!
14.07.2026, 23:23 İDMAN
-
"Tiktoker Arzum"un hökmü: xəstəxanada 21 dəqiqə qalıb, maşını aeroportdan götürülüb
14.07.2026, 22:07 KRİMİNAL
-
İlham Əliyevin adından Xankəndidə Slovakiya prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
14.07.2026, 20:27 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda yenidən hakim qarşısında + FOTOLAR
14.07.2026, 18:36 GÜNDƏM
-
BAKIDA KOLBASA SEXİNDƏ İYRƏNCLİK - Agentlik yoxladı və... + FOTOLAR
14.07.2026, 18:09 İQTİSADİYYAT
-
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026, 18:04 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
14.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi
14.07.2026, 17:59 KRİMİNAL
-
TBİLİSİ-BAKI QATARINA UCUZ BİLET SATAN ŞİRKƏT... - Qadağa qoyulub?
14.07.2026, 17:47 CƏMİYYƏT
-
Agentlik sədri 6 ay sonra qərarını dəyişdi - Regional idarə müdiri vəzifədən uzaqlaşdırıldı
14.07.2026, 17:40 CƏMİYYƏT
-
CHP-də gərginlik pik həddə yüksəldi - Özgür Özəl məhkəməyə üz tutdu
14.07.2026, 17:34 SİYASƏT
-
“Beşiktaş”dan Məhəmməd Salahla bağlı – Açıqlama
14.07.2026, 17:24 İDMAN
-
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradıldı - Əli Əsədov qərar verdi
14.07.2026, 17:12 CƏMİYYƏT
-
İkardi "Qalatasaray"da qalacaq? - Okan Burukdan açıqlama
14.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.07.2026, 17:00 İQTİSADİYYAT
-
Həbsdə olan sabiq icra başçısı barədə yeni qərar verildi
14.07.2026, 16:54 GÜNDƏM
-
Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
14.07.2026, 16:53 CƏMİYYƏT
-
Yaqut İmanova: "Flora Kərimovanın səhhəti yaxşıdır"
14.07.2026, 16:48 MƏDƏNİYYƏT
-
Aktrisa izləyicilərini məhkəməyə verməyə hazırlaşır
14.07.2026, 16:39 ŞOU-BİZNES
-
İranlı nazir: “Neft ixracımız fasiləsiz davam edir”
14.07.2026, 16:28 DÜNYA