“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
CƏMİYYƏT
Bugün, 10:26
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində QHT Agentliyinin “Urban Expo”dakı pavilyonunda “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi “Milli ilmələrdən toxunan şəhər: Şəhərsalama mədəniyyəti” (“Urban Culture: A City Woven with National Threads”) adlı tədbir keçirib.
Mia.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, ekspertlər, şairlər, rəssamlar, əcnəbi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə moderatorluq edən “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, şəhər yalnız memarlıq və infrastruktur deyil, həm də yaddaş, kimlik, duyğu və mədəniyyət məkanıdır. “Milli ilmələrlə toxunan şəhər” anlayışı isə urban inkişaf prosesində mədəni irsin qorunmasının vacibliyini simvolizə edir.
Tədbirin əsas xüsusiyyətlərindən biri intellektual müzakirələrlə canlı bədii yaradıcılığın bir araya gətirilməsi olub. Panel müzakirələri ilə paralel olaraq ayrı-ayrı rəssamların şəhər, mədəniyyət və kimlik mövzularında yaratdıqları əsərlər nümaiş olunub, şairlər isə həmin əsərlərdən ilhamlanaraq poetik nümunələr təqdim ediblər.
“Mədəniyyətin şəhərsalmanın inkişafında rolu” mövzusunda təşkil edilən panel müzakirəsində yazıçı Sahilə Yaya mədəniyyətin davamlı şəhər həyatının formalaşmasında, sosial əlaqələrin möhkəmləndirilməsində və şəhərlərin humanist məkanlara çevrilməsində əhəmiyyətindən danışıb.
Digər paneldə isə Qüdrət İsmayılzadə “Ədəbiyyatda şəhər obrazı və şəhərsalama mədəniyyətinin formalaşması” mövzusunda çıxış edərək ədəbiyyat və poeziyanın şəhərlərin emosional və tarixi yaddaşının qorunmasındakı rolunu vurğulayıb.
Tədbirin bədii hissəsində şairlər Rabiqə Nazimqızı, Jalə İsmayıl, Günel Xəzal, Aysel Kərim və Feyziyyə nümayiş olunan rəsm əsərlərinə həsr edilmiş şeirlərini səsləndiriblər.
Ameriaklı şair Alison Mandaville tədbirə internet üzərindən qoşularaq rəsm əsərlərindən birinə ithaf etdiyi şeirini təqdim edib. O, eyni zamanda tədbirdə yaradılan əsərlərin paralel tərcüməçisi kimi çıxış edərək mədəniyyətlərarası ünsiyyətin və sənətin birləşdirici gücünü nümayiş etdirib. Daha sonra şeirin Azərbaycan dilinə tərcüməsi səsləndirilib.
Tədbir iştirakçıları qərara alıblar ki, layihənin ideyaları gələcəkdə müxtəlif mədəni və rəqəmsal platformalarda davam etdirilsin.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:31 İQTİSADİYYAT
-
Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”
Bugün, 12:30 GÜNDƏM
-
Lənkəranda işıq yenə kəsiləcək
Bugün, 12:14 CƏMİYYƏT
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Bugün, 12:01 İDMAN
-
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - Açıqlama
Bugün, 11:47 GÜNDƏM
-
Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”
Bugün, 11:20 GÜNDƏM
-
Bakı-Qazax magistral yolunda piyadanı ölümü - Sürücü qaçıb
Bugün, 11:18 KRİMİNAL
-
Ucarda faciə: oğul traktoru geri verərkən ehtiyatsızlıqdan anasını öldürüb
Bugün, 11:03 KRİMİNAL
-
Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Bugün, 11:03 SİYASƏT
-
Aparıcısı Humay Muxtarova “TikTok”da haqqında şərh yazan şəxsi məhkəməyə verib
Bugün, 10:46 PRESS
-
“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bugün, 10:26 CƏMİYYƏT
-
Doktorantura səviyyəsinə sənəd qəbulu başlayıb
Bugün, 10:23 GÜNDƏM
-
Xorvatiya ilə İsrail arasında diplomatik böhran – Zaqreb yeni səfirə “yox” dedi
Bugün, 10:12 SİYASƏT
-
Gürcüstana qatar yolu açılır - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Bugün, 10:12 CƏMİYYƏT
-
Kuba prezidenti döyüş vəd etdi: “Əgər ABŞ bizə hücum eləsə, qan gölü yaranacaq”
Bugün, 09:54 DÜNYA
-
Beşiktaş bələdiyyəsində əməliyyatı: 5 nəfər saxlanıldı
Bugün, 09:46 SİYASƏT
-
Türkiyənin 3 şəhərində İŞİD-ə qarşı əməliyyat – 110 nəfər qandallandı
Bugün, 09:25 KRİMİNAL
-
“Space FM”ə yeni direktor təyin olundu
Bugün, 09:19 PRESS
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:12 İQTİSADİYYAT
-
Şimali Koreyalı futbolçular Cənubi Koreyada - 7 il sonra bir ilk + FOTO
Bugün, 09:05 İDMAN
-
Vaşinqtondan görünən həqiqət: İsrail tək deyil, amma rahat da deyil - TƏHLİL
Bugün, 08:58 GÜNDƏM
-
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTOLAR
Bugün, 08:55 GÜNDƏM
-
51 yaşlı Kenan İmirzalıoğlunun 28 yaşlı sevgilisi serialdan ayrılır – “A.B.İ”də sürpriz dəyişiklik
Bugün, 00:31 MƏDƏNİYYƏT
-
Almaniya Türkiyəyə “Patriot” və hərbçilər göndərir
Bugün, 00:24 DÜNYA
-
Türkiyədə dəhşətli olay: silahlı şəxs 6 nəfəri öldürdü, 8 nəfəri yaraladı, özü isə….
Bugün, 00:11 KRİMİNAL
-
3 ÖLKƏ TRAMPI İRANA ZƏRBƏ PLANINDAN ÇƏKİNDİRİB – ABŞ prezidenti bu gün Tehranı bombalamaq niyətindəymiş
Bugün, 00:05 GÜNDƏM
-
İstanbulda 7 bələdiyyə əməkdaşı həbs edildi
Bugün, 00:01 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Tehranda hərbi maşınlar gəlin maşınları oldu – FOTO
18.05.2026, 23:07 MƏDƏNİYYƏT
-
Naxçıvana uçuşlar yenə ləğv edildi
18.05.2026, 21:02 GÜNDƏM
-
ADSEA rəhbərliyi şikayətçilərin səsini niyə "boğur"? - “Facebook”da şərh bölməsi bağlanıb (FOTOLAR)
18.05.2026, 20:45 CƏMİYYƏT
-
Kamran Eyyubov: "Bakı Fond Birjası ilə danışırıq və..." - MÜSAHİBƏ
18.05.2026, 20:28 İDMAN
-
Ülviyyə Mahmudova Kann Film Festivalında - FOTOLAR
18.05.2026, 19:48 MƏDƏNİYYƏT