ADSEA, onun sədri və komandasının işbilməzliyi və ya beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - VİDEO

ADSEA, onun sədri və komandasının işbilməzliyi və ya beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - VİDEO

GÜNDƏM

Bugün, 10:31

Dünyanın gözünün Azərbaycanda - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) olduğu bir məqamda dünən paytaxta yağan azacıq yağışın yaratdığı fəsadlar diqqəti yenə  Zaur Mikayilov və onun sədri olduğu Dövlət Su Ehtiyatları Agentliyinə yönəldib.

Mia.az xəbər verir ki, dünənki yağışın yaratdığı fəsadlar bir daha bu qurumun ötən ay yağan yağışların yaratdığı ağır problemlərdən nəticə çıxarmadığını göstərib.

Üstəlik, Keşlə başda olmaqla Bakıda ötən aylar su basan ərazilərdə indiyədək heç bir işin görülmədiyi faktı üzə çıxıb.

Məlumatlı mənbələr deyir ki, ADSEA, onun sədri və komandasının işbilməzliyi və ya heç bir iş görməməsi səbəbindən Bakıda mayın 17-də başlayan beynəlxalq tədbirin üzərinə kölgə düşüb, üstəlik, bu möhtəşəm tədbirin fonunda Bakıdakı subasmalar sosial mediada lağ obyektinə çevrilib: "Böyük ehtimalla bu, ali hakimiyyətin artıq səbr kasasını daşıracaq. Əgər tezliklə Zaur Mikayılov və onun qohumlarından ibarət komandası ilə vidalaşılsa, təəccüblənməyin.

Yeri gəlmişkən, bugünki subasmalarda yerli icra başçılarının da "əməyi" az deyil. Məsələn, Keşlədəki subasmalardan sonra Nizaminin icra başçısı Çoşqun Cəbrayılov hansı işləri görüb?! Yaxud Yasamalın icra başçısını götürək. Bu iki icra başçısının adları haqda google-də axtarış verin, adları yalnız qanunsuz tikintilərdə və yaşıllıqların məhvində hallanıb. Şübhəsiz ki, artıq bunlara da "dur" deyilməyin vaxtı çatıb, hələ ötüb də.."

Məlumatda qurumdakı vəzifəli şəxslərin bu qədər böyük problemlərə biganə münasibətinə diqqət çəkilib. İddia olunur ki, bunlar sakit qarşılana bilməz: "Son 2-3 ayda ADSEA-dakı tenderlərə, görülən, daha doğrusu görülməyən işlərə baxın, kimlərin pul uğurunda necə canfəşanlıq etdiyi kiçik bir araşdırma ilə üzə çıxacaq. Çox təəssüf ki, qurumu şəxsi və qohum-əqraba təsərrüfatına çevirənlər dövlətin işinə dırnaqarası yanaşırlar. Dövlətin isə səbri gen olsa da, cəzası çox sərt olar".

Yeri gəlmişkən, ADSEA-nın tabeliyindəki sukanal idarə rəislərinin 7 min civarında aylıq maaş almasını nəzərə alsaq, Agentliyin vəzifəli şəxslərinin fantastik aylıq əmək haqq təminatı da maraqlı araşdırma mövzudusudur...

Mia.az iri şəhərlər daxil, rayon sukanal idarələrinin rəislərinin maaşları haqqında ayrıca araşdırmanı təqdim edəcək.

F.Əhməd

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR