TRAMP İRANA “TƏLƏSİN” MESAJI VERDİ: “Əks halda, çox sərt vurulacaqsınız”  

TRAMP İRANA “TƏLƏSİN” MESAJI VERDİ: “Əks halda, çox sərt vurulacaqsınız”  

GÜNDƏM

Bugün, 00:22

ABŞ prezidenti Donald Tramp İranı müharibəyə yenidən başlayacaqları ilə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp sülh üçün Orandan daha münasibə plan gözlədiyini deyib.

O bildirib ki ki, İran əlverişli plan üçün tələsməlidir: “Zaman çox daralıb. Əgər İran münasib razılaşma təklif etməsə, o zaman çox ağır zərbə alacaqlar. Görəcəksiniz!".

Donald Tramp “Axios” açıqlamasında deyib ki, İranla danışıqlar prosesini müzakirə etmək və yeni qərar qəbulu üçün çərşənbə günü komanda üzvləri ilə müzakirə aparacaq: “İran sülh üçün bizim istədiyimiz mövqedə deyil. Onlar orta yola yaxınlaşımalıdır. Əks halda dediyim kimi, cavabımız çox sərt olacaq. Bilirəm ki, onlar bunu istəmirlər. Onun üçün tələsməlidirlər”.

Məlumada o da deyilir ki, Tramp bu gün İsrailin Baş naziri Binyamin Netanyahu ilə İranla bağlı bir neçə saat fasiləsiz müzakirə aparıb: “Bu danışıqlar vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkov, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər”.

Görüşdə İranla bağlı hansı qərar verildiyi isə açıqlanmayıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR