SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu (FOTO)

 SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu (FOTO)

GÜNDƏM

17.05.2026, 22:39

"Gürcüstanın sabiq baş nazir müavini və iqtisadiyyat naziri Levan Davitaşvili SOCAR-ın İtaliyada əldə etdiyi “Italiana Petroli” şirkətinə rəhbər təyin olunub".

Mia.az xəbər verir ki, bu məlumatı hüquqşünas Əkrəm Həsənov sosial hesabında yazıb.

O bildirib ki, bunadək isə Davitaşvili bu posta qədər SOCAR prezidentinin müşaviri işləyirmiş.

Hüquqşnüas daha sonra belə bir sual verib: "Neftçilər ölkəsi olan Azərbaycanda SOCAR müşaviri vəzifəsinə yerli kadr yoxdur? İtaliyadakı şirkətə təyin ediləsi Vətən oğlu və ya qızı yoxdur? Eyni problem digər dövlət və özəl şirkətlərimizdə də var. Yığıblar ora əcnəbiləri. Sanki işsizliyin artdığı Azərbaycanda yerli kadrlar yoxdur".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR