ADSEA, onun sədri və komandasının işbilməzliyi və ya beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - VİDEO
GÜNDƏM
18.05.2026, 10:31
Dünyanın gözünün Azərbaycanda - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) olduğu bir məqamda dünən paytaxta yağan azacıq yağışın yaratdığı fəsadlar diqqəti yenə Zaur Mikayilov və onun sədri olduğu Dövlət Su Ehtiyatları Agentliyinə yönəldib.
Mia.az xəbər verir ki, dünənki yağışın yaratdığı fəsadlar bir daha bu qurumun ötən ay yağan yağışların yaratdığı ağır problemlərdən nəticə çıxarmadığını göstərib.
Üstəlik, Keşlə başda olmaqla Bakıda ötən aylar su basan ərazilərdə indiyədək heç bir işin görülmədiyi faktı üzə çıxıb.
Məlumatlı mənbələr deyir ki, ADSEA, onun sədri və komandasının işbilməzliyi və ya heç bir iş görməməsi səbəbindən Bakıda mayın 17-də başlayan beynəlxalq tədbirin üzərinə kölgə düşüb, üstəlik, bu möhtəşəm tədbirin fonunda Bakıdakı subasmalar sosial mediada lağ obyektinə çevrilib: "Böyük ehtimalla bu, ali hakimiyyətin artıq səbr kasasını daşıracaq. Əgər tezliklə Zaur Mikayılov və onun qohumlarından ibarət komandası ilə vidalaşılsa, təəccüblənməyin.
Yeri gəlmişkən, bugünki subasmalarda yerli icra başçılarının da "əməyi" az deyil. Məsələn, Keşlədəki subasmalardan sonra Nizaminin icra başçısı Çoşqun Cəbrayılov hansı işləri görüb?! Yaxud Yasamalın icra başçısını götürək. Bu iki icra başçısı haqda google-də axtarış verin, adları yalnız qanunsuz tikintilərdə və yaşıllıqların məhvində hallanıb. Şübhəsiz ki, artıq bunlara da "dur" deyilməyin vaxtı çatıb, hələ ötüb də.."
Məlumatda qurumdakı vəzifəli şəxslərin bu qədər böyük problemlərə biganə münasibətinə diqqət çəkilib. İddia olunur ki, bunlar sakit qarşılana bilməz: "Son 2-3 ayda ADSEA-dakı tenderlərə, görülən, daha doğrusu görülməyən işlərə baxın, kimlərin pul uğurunda necə canfəşanlıq etdiyi kiçik bir araşdırma ilə üzə çıxacaq. Çox təəssüf ki, qurumu şəxsi və qohum-əqraba təsərrüfatına çevirənlər dövlətin işinə dırnaqarası yanaşırlar. Dövlətin isə səbri gen olsa da, cəzası çox sərt olar".
Yeri gəlmişkən, ADSEA-nın tabeliyindəki sukanal idarə rəislərinin 7 min civarında aylıq maaş almasını nəzərə alsaq, Agentliyin vəzifəli şəxslərinin fantastik aylıq əmək haqq təminatı da maraqlı araşdırma mövzudusudur...
Mia.az iri şəhərlər daxil, rayon sukanal idarələrinin rəislərinin maaşları haqqında ayrıca araşdırmanı təqdim edəcək.
F.Əhməd
mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM