SÖZÜM SİZƏDİR: NARAZI VƏ "ƏLİ PAYALI" VALİDEYNLƏR...
YAZARLAR
16.05.2026, 21:40
Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident mükafatçısı.
***
...Küçədə iki qadının söhbəti diqqətimi çəkdi.
Yanında VII-VIII siniflərdə oxuya biləcək oğlan uşağı olan ana o biri anaya deyirdI: "Müəllimə dedim ki, uşağımın sifətini cıraram, şikayət edib, sizi pis günə qoyaram..."
Peşə-məşğuliyyətimdənmi, nədənmi, ixtiyari olaraq onların söhbəti diqqətimi çəkdi. Məlum oldu ki, məktəbdə uşaq sinif yoldaşı ilə savaşıb. Bu əhvalat və ananın "...uşağımın sifətini cıraram, şikayət edib, sizi pis günə qoyaram" ifadəsi bütün varlığıma hakim kəsildi. Necə yəni, övlada, müəllimə, məktəbə bu nə münasibətdir?! Belə qarayaxmaların kökündə nə dayanır?!...
...Ömrümü pedaqoji işə, təhsilə həsr edən bir insan kimi o qadının söhbətinin təsirindən hələ də çıxa bilmirəm. Uşaqlar arasında mübahisə varsa, valideynlər məktəbə dəvət olunmalıdırlar. Onların köməkliyi ilə mübahisə və yaxud, hansısa neqativ hal birgə araşdırılmalı, qarşısı alınmalıdır. Biz nə istəyirik? İstəmirikmi ki, uşaqlarımız bir-birinə dost, yoldaş olsun.
Gizli deyil ki, bugün məktəblərimizə yerli-yersiz "hücumlar" baş alıb gedir. Müəllimin və məktəbin xırda bir nöqsan və çatışmamazlığı geniş müzakirə mövzusuna çevrilir. Məni düzgün başa düşün. Mən pis öyrədən-tərbiyəçini və yaxud məktəbi müdafiə etmək fikrində deyiləm.Yaxşı bir təhsil ocağında kiçik bir məsələni sosiallaşdırmaqla məktəbi gözdən salmaq olmaz. İrad və nöqsanları söyləmək, vaxtında üzə çıxarmaq özü də mədəni bir qaydada , hüquqi müstəvidə olmalıdır. Mən yeni əmək fəaliyyətinə başlayanda kəndimizdə Səfyar adlı bir baba var idi. Nəvələri üçün məktəbə gələndə həmişə əlində yekə bir paya olardı...O illərdən otuz ildən artıq bir vaxt keçib. Valideyn ittihamları görəndə o paya yadıma düşür...
Valideynlər gündəlik uşağının müəllimi və məktəblə əlaqə yaratsalar səmimiyyət yaranar, sağlam ailə-məktəb münasibəti formalaşar. Düzgün anlaşılma övladlarımıza xeyr gətirər, lüzumsuz mübahisələr olmaz. Bəzi valideynlər aylarla uşaqlarından xəbər tutmur, onların təlim-tərbiyə göstəriciləri ilə maraqlanmırlar.
Müşahidələrim əsasında deyə bilərəm ki, narazı və "əli payalı" valideynlər də elə həmin valideynlərdir. Fikir verin, ana məktəbə və müəllimə qarayaxmaq üçün uşağının sifətini cırmağa hazırdır...
Şükürlər olsun ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi heç vaxt indiki kimi vətəndaşlara açıq olmayıb.
Bölgələrdə Regional Təhsil İdarələri fəaliyyət göstərir. Onların rəhbərləri və əməkdaşları mütəmadi olaraq ərazilərdə olur və qəbullar keçirirlər. Hər bir şikayət yerində və vaxtında araşdırılır. Yetər ki, arzu və istəkləriniz, şikayət və təklifləriniz ünvanını düzgün tapsın....
İnanın, hələ də o ananın söylədiklərinin təsir gücü məni rahat buraxmır!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp geri addım atdı: "Bu gün İrana hücum olmayacaq"
Bugün, 00:08 GÜNDƏM
-
"Göztepe" Burak Yılmazın komandasını məğlub edib
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
ƏRDOĞAN MÜŞAVİRİNİ VƏZİFƏDƏN AZAD ETDİ
25.10.2026, 22:31 GÜNDƏM
-
DEPUTATIN OĞLU 6 MADDƏ İLƏ HƏBS OLUNDU
25.10.2026, 19:47 GÜNDƏM
-
DEPUTATIN OĞLU MƏHKƏMƏYƏ BELƏ GƏTİRİLDİ - VİDEO
25.10.2026, 18:57 GÜNDƏM
-
Sabah yağış yağacaq
25.10.2026, 12:39 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Tokayevə məktub ünvanlayıb
25.10.2026, 11:07 GÜNDƏM
-
Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubad qar yağıb
25.10.2026, 11:05 CƏMİYYƏT
-
Deputatın oğlunun adının hallandığı qətl işi... - "Ceyhun Sabunçu" kimdir?
25.10.2026, 10:27 KRİMİNAL
-
Heydər Əliyev Sarayında "Turandot" tamaşasının premyerası keçirilib - FOTOLAR
25.10.2026, 10:00 MƏDƏNİYYƏT
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
25.10.2026, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25.10.2026, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT