İTV "Avroviziya-2026" ilə bağlı açıqlama yaydı

İTV \"Avroviziya-2026\" ilə bağlı açıqlama yaydı

ŞOU-BİZNES

Bugün, 17:48

Azərbaycanı təmsil edən JIVA bu gün "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək.

Mia.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Bildirib ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxacaq: "Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya "YouTube" vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.

Posterdə qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və JIVA-nın çıxışını bəyənən bütün Avroviziya izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR