Nazir yeni proqramdan danışdı: "Məktəbdən universitetə, universitetdən isə iş yerinə qədər..."

Nazir yeni proqramdan danışdı: \"Məktəbdən universitetə, universitetdən isə iş yerinə qədər...\"

CƏMİYYƏT

Bugün, 10:38

Elm və Təhsil Nazirliyi ilə birgə məktəbdən universitetə, universitetdən isə iş yerinə qədər bütün mərhələləri əhatə edən geniş proqram hazırlanıb və artıq proqramın icrasına başlanılıb.

Mia.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində kibertəhlükəsizlik, süni intellekt və data elmləri istiqamətində insan potensialının formalaşdırılması nəzərdə tutulur: "İspaniyanın Indra şirkəti ilə birlikdə artıq "bootcamp" proqramlarına start verilib. "Azconnex" və qrupa daxil olan şirkətlər tərəfindən qabaqcıl universitet tələbələrinin təcrübə keçməsi üçün də şərait yaradılıb. Əməkdaşlığın növbəti mərhələsi AZSET Elm və Texnologiyalar Məktəbinin yaradılmasıdır. Bu məktəbi fərqləndirən əsas cəhət ondan ibarət olacaq ki, tələbələr burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da əldə edəcəklər. AZSET yalnız sponsor kimi deyil, həm də kurikulumun formalaşdırılmasında iştirak edən tərəfdaş kimi çıxış edəcək".

R.Nəbiyev bildirib ki, Almaniyanın Münhen Texniki Universiteti ilə əməkdaşlığın seçilməsi gözlənilən nəticələrə daha sürətli nail olmaq baxımından mühüm addım hesab olunur(report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR