Şərhçi niyə həbs edildi? – Məşhur jurnalistin keçmiş ərinə ağır ittiham var  

Şərhçi niyə həbs edildi? – Məşhur jurnalistin keçmiş ərinə ağır ittiham var  

PRESS

Bugün, 10:25

Türkiyədə qanunsuz mərc oyunları, fırıldaqçılıq, rüşvətxorluq və çirkli pulların yuyulması üzrə açılmış cinayət işi çərçivəsində daha 200 nəfər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanların arasında “Bəyaz TV“də şərhçisi kimi çalışan  Rasim Ozan Kütahyalı da  var

Məlumata əsasən, o, İstanbuldakı evində saxlanılıb: “Əməliyyatla saxlanılan şəxslərin təxminən 100 milyard TL və 2 milyard dollarlıq cinayət yolu ilə əldə edilmiş gəlirləri “yuduqları” üzə çıxarılıb. Rasim Ozan Kütahyalı da bu ittiham üzdə İstanbuldakı evində saxlanılıb”.

Xatırladaq ki, 30 aprel 1981-ci ildə İzmirdə anadan olan Rasim Ozan Kütahyalı köşə yazarı və televiziya şərhçisi kimi tanınır. O, karyerası boyunca bir çox qəzet və media təşkilatlarında çalışıb.

Televiziya proqramlarında şərhləri ilə tez-tez xəbər başlıqlarına çıxan Rasim Ozan Kütahyalı uzun illərdir idman, siyasət və cari hadisələrlə bağlı şərhləri ilə tanınır.  Kütahyalı məşhur jurnalist Nagehan Alçı ilə 13 illik evliliyini 3 oktyabr 2023-cü ildə qarşılıqlı razılaşma ilə bitirib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR