Hörmüz boğazında böhran böyüyür - Körfəz ölkələri quru yola “qaçır”

Hörmüz boğazında böhran böyüyür - Körfəz ölkələri quru yola “qaçır”  

İQTİSADİYYAT

Bugün, 08:07

ABŞ-İran müharibəsindən sonra qapadılan Hörmüz boğazındakı böhran böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, boğaz bağlandığı üçün dünya neft tranzitinin 1/5-nin daşınması sual altına düşüb. Bununla yanaşı, digər zəruri yüklərin daşınması və tədarük zənciri qırılıb.

Məlumata görə,  dəniz nəqliyyatında yaranan bu qlobal problem səbəbindən Körfəz ölkələri quru logistikasına keçid ediblər: “Səudiyyə Ərəbistanından BƏƏ-yə uzanan magistral yollarda minlərlə yük maşını hazırda hərəkətdədir. Bu ən azı qlobal ticarət üçün alternativ təchizat dəhlizləri zəruri edir. Bu yük maşınları İranın hücumuna məruz qalan Fujayra limanından Ərəbistan yarımadası boyunca müxtəlif marşrutlar vasitəsilə mal daşıyır”.

“Wall Street Journal”ın təhlilinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omandakı magistral yollar qlobal ticarətdə "təcili logistika xətti"nə çevrilib.

Səudiyyə Ərəbistanının dövlətə məxsus mədən şirkəti olan “Maaden”in baş direktoru Bob Vilt jurnala açıqlamasında bildirib ki, Körfəzdən Qırmızı dənizə daşınmada əhəmiyyətli artım olub: “Hazırda bu marşrutda işləyən gündəlk yük maşınlarının sayı 3500-ə çatıb”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR