DÜNYANIN GÖZÜ ÇİNDƏ - Tramp-Si görüşünün əsas mövzuları....

DÜNYANIN GÖZÜ ÇİNDƏ - Tramp-Si görüşünün əsas mövzuları....  

GÜNDƏM

Bugün, 08:49

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin bu gün Pekində bir araya gələcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə ABŞ-İran müharibəsi və onun fəsadları, ticarət anlaşmaları, Tayvan ətrafındakı gərginlik və nüvə silahlarına qədər bir çox strateji mövzuların müzakirə ediləcəyi planlanıb.

İddialara görə, Çinin paytaxtı Pekin dünya siyasətinin və iqtisadiyyatının gələcəyini formalaşdıracaq tarixi bir sammitə ciddi təhlükəsizlik tədbirləriylə hazırlaşıb.

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən sayca 7-ci görüşün ən aktual mövzularından biri ABŞ-İran gərginliyi ətrafında olacağı gözlənilir. Bildirilir ki, xüsusən Hörmüz boğazında yaranmış vəziyyətin Çinə də təsiri, dünyada bahalaşan enerji xərcləri və sair məsələlər dünyanın iki nəhəng ökəsini uzlaşmağa vadar edir.

Səfərdən əvvəl ABŞ prezidenti Tramp həmkarı Si ilə telefon danışığı etdiyini bildirib və əlavə edib: "Hər ikimiz bu görüşü səbirsizliklə gözləyirik. Əla olacaq".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR