Tramp və Si Pen 7-ci dəfə üz-üzə gəlir –Nələr gündəmə gələcək?

Tramp və Si Pen 7-ci dəfə üz-üzə gəlir –Nələr gündəmə gələcək?  

GÜNDƏM

Bugün, 13:27

ABŞ Prezidenti Donald Trampın mayın 13-də Çinə səfəri 2017-ci ildən bəri Amerika liderinin ölkəyə ilk səfəri olarq tarixə damğa vuracaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki nəhəng ölkənin liderləri arasında yeddinci görüş qlobal tarazlıq baxımından tarixi əhəmiyyətə malikdir.

Məlumata əsasən, dünyanın ən güclü iki iqtisadiyyatının liderləri sabah başlayacaq və üç gün davam edəcək zirvə görüşündə ABŞ/İsrail-İran münaqişəsi, dünya ticarət zəncirində yaranan problemləri və Tayvanın statusu kimi mühüm mövzuları xüsusiylə müzakirəyə çıxaracaqlar:

“2017-ci ildə Floridadakı Mar-a-Lago malikanəsində başlayan və dostcasına davam edən ikitərəfli dialoq prosesi keçən illərdə Trampın tarif siyasəti sual altına düşüb. Tərəflər arasında aktiv hərbi savaş olmasa da, ticarət müharibəsi, xüsusiylə də İran nefti və müharibəsiylə ilə bağlı gərginlk hazırda pik həddindədir Bu səbəbdən sabahdan başlayacaq səfər dünya üçün müstəsna əhəmiyyət daşıyacaq”

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR