Tovuz azarkeşləri futbolu bayrama çevirdi - VİDEO

Tovuz azarkeşləri futbolu bayrama çevirdi - VİDEO

İDMAN

Bugün, 17:50

Premyer liqanın 31-ci turunda qarşılaşan "Turan-Tovuz" - "Karvan-Yevlax" oyunundan öncə Tovuz klubunun azarkeşləri rayon stadionunun qarşısında bayram əhval-ruhiyyəsi yaşayıb.

Mia.az xəbər verir ki, bu gün Tovuz klubu üçün əlamətdar oyun günüdü. Çünki qələbə qazanacağı təqdirdə "Turan-Tovuz" avrokuboklara mütləq vəsiqəni təmin edəcək. 

Onsuz da klub hazırda avrokuboklara çıxış üçün əlverişli 3-cü yerin sahibidi. Lakin Premyer liqanın sonuna hələ 2 tur qalıb və iddialı "Neftçi" hər zaman "Turan-Tovuz"un yerini ala bilər. Bu halda isə Tovuz klubunun taleyi yenə keçən ildə olduğu kimi kubok oyununun finalından asılı vəziyyətdə qalacaq: tovuzlular gərək "Sabah"ın Azərbaycan kubokunu qazanmasını dua etsin ki, bu da keçən ilki kimi müstəcəb olmaya bilər. 

Yeri gəlmişkən, Tovuz klubunun qonağı olan "Karvan-Yevlax" turnir cədvəlinin sonuncu pilləsindədi. Hər iki klub indiyədək 2 dəfə qarşılaşıb. Bundan əvvəlki ev oyununu Tovuz klubu öz stadionunda yenilənmə səbəbiylə "Azərsun Arena"da keçirmiş və Yevlax klubunu da orada qəbul etmişdi. 

Odur ki, yevlaxlılar ilk dəfədi, Tovuza qonaq gəlib.

O da maraqlıdı ki, Tovuz klubunun 23 nömrəli oyunçusu Alexandro Serrano bu gün Premyer liqada 100-cü oyununa çıxıb.

Tovuz azarkeşlərinin bayram əhval-ruhiyyəli görüntülərini təqdim edirik.

Zülfiyyə Mustafayeva 

Mia.az 

Tovuz

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR