İcra Hakimiyətinin hasarını sökdürdüyü adam canına qıydı
CƏMİYYƏT
10.05.2026, 11:24
Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı ailə üzvlərinin səsləndirdiyi iddialar ictimai rezonans doğurub.
Belə ki, 08.05.2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində intihar hadisəsi qeydə alınıb. Yaxınlarının
Patrul.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Məmmədov Cəmil Baxış oğlu yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarından özünü kəndirlə asaraq həyatına son qoyub. Hadisənin təxminən saat 18:00 radələrində baş verdiyi bildirilir.
Bildirilir ki, mərhumun ailə üzvləri hadisədən əvvəl baş verən müəyyən proseslərin Cəmil Məmmədovun psixoloji durumuna ciddi təsir etdiyini iddia edirlər.
Mərhumun anasının sözlərinə görə, yaşadıqları küçədə demək olar ki, bütün evlərin həyəti daş hasarla əhatə olunsa da, onların evinin bir hissəsində hasarın hündürlüyü az olub və həyətin içi küçədən görünürmüş. Bu səbəbdən Cəmil Məmmədov həyətin hasarının bir qədər qaldırılması üçün addım atıb və hasar təxminən 5-6 daş hündürlüyündə artırılıb.
Ailə iddia edir ki, həmin iş üçün onlardan ümumilikdə 3500 manat pul alınıb. Lakin onların sözlərinə görə, hasarın tikilməsindən təxminən bir ay sonra Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə texnika ilə gəliblər. Hadisə zamanı evdə yalnız mərhumun anasının olduğu bildirilir.
Ananın sözlərinə görə, icra nümayəndələri evə aid sənədləri tələb etdikdən sonra hasarı tamamilə sökərək ərazidən uzaqlaşıblar. O bildirib ki, oğlu işdən qayıtdıqdan sonra həmin mənzərə ilə qarşılaşıb və bundan sonra ağır psixoloji sarsıntı keçirib.
“Bir gün belə rahat yatmadı. Nə qədər sakitləşdirməyə çalışsam da, bunu öz qüruruna toxunan hadisə kimi qəbul edirdi. Deyirdi ki, bizi hamının içində alçaltdılar”, – deyə mərhumun anası bildirib.
Ailə üzvləri hesab edir ki, baş verən hadisələr və hasarın sökülməsi Cəmil Məmmədovun psixoloji vəziyyətinə mənfi təsir göstərib və nəticədə faciəyə səbəb olub.
“Bizdən həm pul aldılar, həm hasarımızı uçurdular, həm də cavan oğlumun ölümünə səbəb oldular”, – deyə mərhumun anası göz yaşları içində bildirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Sabah" revanş matçında (YENİLƏNİR)
Bugün, 19:50 İDMAN
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağına cinayət işi açıldı - DETALLAR
Bugün, 18:58 GÜNDƏM
-
Türkiyədə Zəngəzur dəhlizi ilə bağlı monoqrafiya nəşr olunub
Bugün, 18:58 SİYASƏT
-
Agentlik 689 min manatlıq geyim alır
Bugün, 18:24 İQTİSADİYYAT
-
900 min avroya alınan futbolçu 15 milyon avroya satıldı - Türk klubu daha bir çek-pot qazandı
Bugün, 18:02 İDMAN
-
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - Nələr müzakirə edilib?
Bugün, 17:45 SİYASƏT
-
I və IV ixtisas qrupları üzrə imtahanın nəticələri açıqlandı - Ən yüksək bal toplayanlar kimlərdir?
Bugün, 17:25 GÜNDƏM
-
Məşhur futbolçu küçədə qarət olunub - 5 silahlı şəxs tərəfindən
Bugün, 17:22 İDMAN
-
İsrail Quran yayımlayan radionu bağlayıb
Bugün, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib
Bugün, 16:54 DÜNYA
-
Bloger Ceyran botoksdan sonra iflic olub? - "Boğuluram, qolumu aça bilmirəm"
Bugün, 16:51 ŞOU-BİZNES
-
Müəllimi güllələyən şagirdə belə hökm verildi
Bugün, 16:36 KRİMİNAL
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Bugün, 16:28 GÜNDƏM
-
Elşad Xose xəstəxanaya yerləşdirilib -VİDEO + Açıqlamalar (Yenilənib)
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubileyinə sözardı... (FOTOLAR)
Bugün, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
Bugün, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifədən azad olundu
Bugün, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
Bugün, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
Bugün, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
Bugün, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
Bugün, 13:52 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 13:36 GÜNDƏM
-
"Kurtlar Vadisi pusu"dan tanınan aktrisa elə etiraf etdi ki... - "20 sonra uşaqlıq sevgilimi tapdım və..."
Bugün, 13:19 ŞOU-BİZNES
-
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindənn film çəkdirir
Bugün, 13:09 ŞOU-BİZNES
-
Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat: tutulanlar var
Bugün, 12:58 DÜNYA
-
Nazir müavinindən kitabxana sistemindəki attestasiyası ilə bağlı açıqlama: "İmtahandan keçməyənlər..."
Bugün, 12:56 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ELƏDİ - Nələr müzakirə olunub?
Bugün, 12:25 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 12:20 KRİMİNAL
-
"Uzak Şəhər"in aktrisası belə dincəlir - FOTOLAR
Bugün, 12:04 ŞOU-BİZNES
-
İbrahimoviç iki oğlunun anası ilə 25 il niyə nikaha girməyib? - Açıqlama
Bugün, 11:46 İDMAN
-
Konfrans, müşavirələr və.. - Qarabağ Dirçəliş Fondu 665 min manatı belə tədbirlərə xərcləyəcək
Bugün, 11:43 CƏMİYYƏT