Livan prezidenti Netanyahu ilə görüşməkdən yenə imtina edib - Səbəb

Livan prezidenti Netanyahu ilə görüşməkdən yenə imtina edib - Səbəb

DÜNYA

Bugün, 09:10

Livan prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə üz-üzə görüşdən imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, belə görüş olarsa, ölkəsində sabitliyin pozulacağından narahatdır.

"Ed-Diyar" qəzeti rəsmi mənbələrə istinadən yazır ki, ABŞ-da Beyrut və Təl-Əviv arasında danışıqlar prosesinin növbəti raunduna hazırlıq gedir: “May ayının 14 və 15-də nəzərdə tutulan danışıqlar proqramına ABŞ tərəfi Livan prezidenti Aunun İsrailin Baş naziri Netanyahu ilə görüşü məsələsini salmaq istəyiblər. Lakin president buna razılıq verməyib. O, Netanyahu ilə görüşün mövcud sabitləşdirmə səylərinə zərər verəcəyini bildirərək, görüşdən imtina eləyib”.

Məlumatda Beyrutun Təl-Əvivlə sülh müqaviləsi imzalamaq niyyətində də olmadığı vurğulanb: “Əsas məqsəd İsrailin hücumlarını dayandırmaq, sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etməkdir”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR