Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb

GÜNDƏM

Bugün, 22:07

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə nazirin özü sosial media hesabında açıqlama verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə olunub: "Görüşdə beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzaladıq. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR