ABŞ-ın İranla təklif etdiyi anlaşma İsraili qorxutdu: “Bu, bizim üçün fəlakətdir”

ABŞ-ın İranla təklif etdiyi anlaşma İsraili qorxutdu: “Bu, bizim üçün fəlakətdir”  

GÜNDƏM

Bugün, 18:50

ABŞ-ın İrana təklicf etdiyi bir səhifədən ibarət 14 maddəlik anlaşma memorandum İsraildə qorxu yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail mediasında xeyli təhlil yazıları dərc olunub.

Təhlillərdə rəyi alınan isralli ekspertlər ABŞ-ın İrana təqdim etdiyi yeni sülh planında uzaqmənzilli raket proqramının dayandırılmaması, üstəlik, sanksiyaların yumşaldılmasının nəzərdə tutulmasını İsrail üçün böyük fəlakət sayıb: “Əgər müqavilə bu şərtlər çərçivəsində imzalanarsa, bu, İsrail üçün fəlakət olacaq. Tel-Əviv nüvə ilə yanaşı, İranın raket proqramının məhdudlaşdırılmasını təmin edəcək anlaşmadan savayı heç bir razılaşmanı qəbul edə bilməz”.

"Yedioth Ahronot" qəzetindəki təhlilə görə, hazırkı danışıqlar bütövlükdə İsrail üçün ciddi risklər yaradır.

Qəzet İsrail rəsmisinə istinadən bildirib ki, Təl-Əviv hökuməti ABŞ-ın İrana təklif etdiyi müqavilə layihəsinə görə çox narahatdır. İddialara görə, müqavilə İranın ballistik raket proqramını tamamilə dayandırmır və iqtisadi sanksiyaların yumşaldılmasını da əhatə edir.

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR