Meteor yağışı yağacaq
GÜNDƏM
Bugün, 18:09
May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. Mia.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03 radələrində baş verəcəyi gözlənilir. Verilən xəbərə görə, bu zaman Yer kosmosda komet mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri yaradacaqlar. η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının mənbəyi C/1983 H1 (IRAS-Araki-Alcock) kometi ilə əlaqələndirilir. Bu komet 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock tərəfindən aşkar edilib. Komet uzunperiodlu kometlər sinfinə daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə yaxınlaşdıqda kometin səthindən qopan toz və buz hissəcikləri orbit boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid meteor yağışı yaranır. η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri - meteorlar əmələ gətirir. Bakıdan müşahidə zamanı η-Lyrid radiantı demək olar ki, bütün gecə üfüqdən yuxarıda olacaq və bu səbəbdən meteor yağışı gecə ərzində izlənilə biləcək. Lakin radiantın səmadakı hündürlüyü gecə ərzində artdığından ən əlverişli müşahidə vaxtı sübhə yaxın saatlar hesab olunur. Radiantın kulminasiya anı təxminən saat 05:00 ətrafında baş verəcək və bu zaman meteorların sayı maksimuma çatacaq. Bunun səbəbi Yerin öz oxu ətrafında fırlanması nəticəsində müşahidə nöqtəsinin meteor axınının istiqamətinə daha optimal yönəlməsidir. Sübhə yaxın saatlarda radiant yüksəkdə olduğundan meteorlar daha çox sayda, lakin nisbətən qısa izlərlə görünəcək. Gecənin əvvəlində isə meteor sayı az olsa da, onlar atmosferə daha maili daxil olduqları üçün daha uzun izlər buraxacaq. η-Lyrid meteor yağışı çox güclü meteor axınlarından sayılmasa da, qaranlıq səma şəraitində müşahidəçilərə saatda bir neçə parlaq meteor izləmək imkanı yarada bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Putin orduya tapşırıq verdi - Ukraynada iki günlük atəşkəs elan edildi
Bugün, 19:03 GÜNDƏM
-
ABŞ-ın İranla təklif etdiyi anlaşma İsraili qorxutdu: “Bu, bizim üçün fəlakətdir”
Bugün, 18:50 GÜNDƏM
-
Meteor yağışı yağacaq
Bugün, 18:09 GÜNDƏM
-
Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: “Allahın izni ilə..."
Bugün, 17:59 MƏDƏNİYYƏT
-
İkiüzlü olmayın, kişi olun!
Bugün, 17:57 YAZARLAR
-
Nurlan Fətəliyev xidmət rəhbəri təyin edilib
Bugün, 17:49 CƏMİYYƏT
-
WUF13 Təşkilat Komitəsinin iclası keçirilib, yeni tapşırıqlar verilib - FOTOLAR
Bugün, 17:35 GÜNDƏM
-
Qurban Qurbanov indi də maşın alverinə girişdi - Baş məşqçi biznesini böyüdür
Bugün, 17:19 İDMAN
-
QADIN BƏLƏDİYYƏ SƏDRİ UĞRUNDA SAVAŞ: təşkilat xəbərdarlıq edir, sədr telefona cavab vermir - CHP-çı sədri AKP-yə keçəcəkmi?
Bugün, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir dəyişikliyi təsdiqləyib
Bugün, 16:47 GÜNDƏM
-
Bakıda şadlıq sarayında ətlərdə at DNT-si aşkarlandı - Açıqlama + FOTO
Bugün, 16:44 İQTİSADİYYAT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - TAM SİYAHI
Bugün, 16:37 MƏDƏNİYYƏT
-
"BakuBus" və "Bakı Taksi Xidməti "Bakı Metropoliteni"nə birləşdirildi - Prezident fərman imzaladı
Bugün, 16:24 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftə içində azaldı – 5.5 milyard dollar...
Bugün, 16:19 İQTİSADİYYAT
-
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub - İclasa gecikdiyi üçün
Bugün, 16:07 CƏMİYYƏT
-
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM + SİYAHI
Bugün, 16:05 GÜNDƏM
-
Növbəti üç gündə yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:00 GÜNDƏM
-
Vəkilliyə qəbul üzrə test imtahanı keçirilib
Bugün, 15:55 GÜNDƏM
-
“Azərsun Holdinq”də ailədaxili gərginlik iddiası: Tahir Gözəl qardaşının vəzifədən azad etdiyi direktoru geri qaytardı
Bugün, 15:47 CƏMİYYƏT
-
Mərkəzi Bank Elman Rüstəmova məxsus bankı cəzalandırdı
Bugün, 15:43 İQTİSADİYYAT
-
Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına rəsmi Bakının baxışı... - TƏHLİİL
Bugün, 15:28 GÜNDƏM
-
Gələn həftənin birinci günü iş günü olmayacaq
Bugün, 15:23 GÜNDƏM
-
Misir Mərdanov: "Emin Əmrullayevin fikirləri ilə razıyam"
Bugün, 15:20 SİYASƏT
-
Dünyaya qorxu saçan Hantavirus Avropaya sıçradı - Niderlandda ilk yoluxma halı qeydə alınıb
Bugün, 15:07 GÜNDƏM
-
“İnstaqram” bu qadını da “vurdu”: bir gecədə 15 milyon saxta izləyici silindi
Bugün, 14:53 ŞOU-BİZNES
-
Partiya sədri: "Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Paşinyan: "Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik"
Bugün, 14:41 SİYASƏT
-
Özgür Özeldən gözlənilməz jest – CHP lideri SAHA 2026-da türk silahlarını təriflədi (FOTO)
Bugün, 14:27 DÜNYA
-
Rəşad Dağlının bibisi qızı: "Xəbər yalandır"
Bugün, 14:22 ŞOU-BİZNES
-
Paşinyan Moskvada parada getməyəcək
Bugün, 14:11 GÜNDƏM
-
Çingiz Əliyev təqaüdə göndərilib
Bugün, 13:58 CƏMİYYƏT
-
Vilayət Eyvazov İmişlidə 264 nəfəri qəbul etdi, rəislərə tapşırıq verdi - Nazir sıra baxışı da keçirib (VİDEO, FOTO)
Bugün, 13:40 CƏMİYYƏT
-
Pakistan XİN: “ABŞ və İran arasında tezliklə razılaşma olacağına çox ümidliyik”
Bugün, 13:35 GÜNDƏM