Dünyaya qorxu saçan Hantavirus Avropaya sıçradı - Niderlandda ilk yoluxma halı qeydə alınıb  

Dünyaya qorxu saçan Hantavirus Avropaya sıçradı - Niderlandda ilk yoluxma halı qeydə alınıb  

GÜNDƏM

Bugün, 15:07

Dünyaya qorxu saçan və yoluxanlarının 40 faizinə qədərini öldürən Hantavirus Avropaya sıçrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Afrikada hantavirusdan hollandiyalı sərnişinlə təmasda olduğu aydınlaşan stüardessalardan birini bu virusa yoluxması təsdiqlənib.

Məlumata əsasən, yoluxan xanım Amsterdamda karantinə alınıb: “KLM şirkətinin  stüardessası Hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onun durumu qeyri-müəyyəndir”

 Məlumatda deyilir ki, Haarlemdə yaşayan stüardessanın 25 aprel 2026-cı ildə Yohannesburqda uçuşa minməyə çalışan, lakin sağlamlıq vəziyyəti səbəbindən uçuşa buraxılmayan 69 yaşlı hollandiyalı qadınla təmasda olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, Hantavirus yorğunluq, qızdırma və əzələ ağrısı ilə başlayır. Əsasən, ağ ciyər, böyrəklərə ciddi təsir edir, tənəffüs çatışmazlığı, qan təzyiqi, daxili qanaxma və kəskin böyrək çatışmazlığı yaradır.

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR