Türk kinosunun unudulmaz aktrisası: “Günəşli bir gün daim xoş ovqat yaradır” - FOTO

Türk kinosunun unudulmaz aktrisası: “Günəşli bir gün daim xoş ovqat yaradır” - FOTO

MƏDƏNİYYƏT

Bugün, 12:58

Türk kinosunun unudulmaz ulduzlarından olan 72 yaşlı aktrisa Gülşen Bubikoğlu sosial media paylaşımı ilə yenidən müzakirə mövzusuna çevrilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yeni fotosunu paylaşaraq yazıb: "Günəşli bir gün həmişə xoş ovqat yaradır".

Məlumata görə, 1973-cü ildə başlayan kino karyerasında bir çox unudulmaz rollara imza atan aktrisanın bu paylaşımına qısa zamanda minlərlə bəyənmə və şərh yazılıb. İzləyiciləri aktrisanın cavan qalmasına diqqəti çəkib, ona sağlam ömür arzulayıblar.

Məlumat üçün bildirək k, 1973-cü ildə "Yaban" (Vəhşi) filmi ilə kino karyerasına başlayan Gülşen Bubikoğlu "Ah Nerede", "Vahşi Gelin" və digər filmlərdə aldığı rollarla türk kinosuna öz möhürünü vurub. Karyerası boyunca o, məşhur aktyorlar Tarık Akan və Cüneyt Arkın kimi nəhəng sənət adamlarıyla baş rolları bölüşüb.

 Bubikoğlu 2004-cü ildə səhnə həyatı ilə vidalaşıb.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR