Novxanıda qətl törədilib

Novxanıda qətl törədilib

KRİMİNAL

Bugün, 18:03

Novxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Mia.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə “Novxanı bağları”, “Atıçılıq” kimi tanınan ərazidə baş verib. Belə ki, 2007-ci il təvəllüdlü Moxramov İsrail Mustafa oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alaraq hadisə yerində həyatını itirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR