CHP-nin qurultayının ləğvi tələbi… - Proses yenə təxirə salındı

CHP-nin qurultayının ləğvi tələbi… - Proses yenə təxirə salındı  

SİYASƏT

Bugün, 12:43

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayında "səsvermə saxtakarlığı" iddiaları ilə bağlı Əkrəm İmamoğlu, Özgür Çelik və Cəmil Tuqay da daxil olmaqla 12 nəfərin ittiham olunduğum iş üzrə bu gün məhkəmə prosesi keçirilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ankara 26-cı Cinayət Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri və iddiaçıların nümayəndələri iştirak edib.

Məlumatda deyilir ki, prosesdə hakimə əlavə müdafiə xarakterli sənədlər təqdim olunub: “Məhkəmə yeni təqdim edilən sənədləri araşdırlması üçün prosesi 1 iyuladək təxirə salıb”.

Xatırladaq ki, mübahisə doğuran qurultayda CHP sədri uğurunda yarışda Kamal Kılıçdaroğlu hzırklı sədr özgür Özələ uduzub. Kılıçdaroğlu tərəfdarları idda edir ki, təqsirləndirilən şəxslər pul və digər vasitələrlə qurultay nümayədələrinin Özgür Özələ səs verməsinə nai olublar…

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR