İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşdü - Müzakirə + FOTOLAR
GÜNDƏM
05.05.2026, 19:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə ölkəyə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.
Kaya Kallas Antonio Koştanın ölkəyə səfəri zamanı dövlət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub.
Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.
Prezident İlham Əliyev ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunulub, ölkənin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkənin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib. Ötən gün İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.
Görüşdə vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.
Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edilib, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olunub.
Dövlət başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiya britaniyalı naziri axtarışa verdi
Bugün, 19:36 DÜNYA
-
Səudiyyə Ərəbistanına 860 min nəfər axın edib – Həcc ziyarəti üçün
Bugün, 19:05 DÜNYA
-
Aparıcı Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
Bugün, 18:57 KRİMİNAL
-
Azərbaycanda saxlanılan Hindistan vətəndaşı ölkəsinə təhvil verilib
Bugün, 18:27 KRİMİNAL
-
"Nə saytı var, nə də nömrəsi..." - Səhiyyə Nazirliyinin tenderi müzakirəyə səbəb oldu
Bugün, 18:09 İQTİSADİYYAT
-
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş olub
Bugün, 18:02 GÜNDƏM
-
"Birmarket"in işi tam şəkildə bərpa olunub: "Satıcılarımıza dəyən zərər kompensasiya ediləcək"
Bugün, 17:44 İQTİSADİYYAT
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Bugün, 17:38 MƏDƏNİYYƏT
-
Daha çox şikayət olunan banklar: "Yapı Kredit Bank", "Unibank", "Expressbank", "Yelo Bank"...
Bugün, 17:21 İQTİSADİYYAT
-
Məşhur generalın xanımı vəkilliyə başlayıb
Bugün, 17:15 CƏMİYYƏT
-
Partiya sədri: “Prezidentlə görüşməmişəm, danışmamışam”
Bugün, 17:07 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident fərman imzaladı - Dəyişiklik
Bugün, 16:57 GÜNDƏM
-
DÜNYANIN GÖZÜ ÇİNDƏ: Tramp 8,5 ildən sonra Çində elə qarşılandı ki... - VİDEO, FOTO (YENİLƏNİB)
Bugün, 16:49 GÜNDƏM
-
Filippin parlamentində atışma olub (YENİLƏNİB)
Bugün, 16:38 DÜNYA
-
Axtarışda olan aktyor saxlanıldı – İstanbulda + FOTO
Bugün, 16:29 MƏDƏNİYYƏT
-
Bəzi rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:17 GÜNDƏM
-
"Biləsuvar" - "Şəfəq" və "Zəngəzur" - "Marafon" oyunlarının vaxtı bəlli oldu
Bugün, 16:06 İDMAN
-
"Nar" WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTOLAR
Bugün, 15:59 İQTİSADİYYAT
-
Mauro İkardi "Qalatasaray"dan ayrılır
Bugün, 15:45 İDMAN
-
Statistika Komitəsində dəyişiklik - Yeni sədr özünə müşavir götürdü
Bugün, 15:32 İQTİSADİYYAT
-
Saleh Səmədov ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Bugün, 15:19 SİYASƏT
-
21 il sonra komanda ÇL-yə vəsiqə qazandı – Ulduz furtbolçu ağladı
Bugün, 15:10 İDMAN
-
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib - Şərtlər
Bugün, 14:52 PRESS
-
Emin Əmrullayev imtahanlarla bağlı əmr imzalayıb
Bugün, 14:37 GÜNDƏM
-
Səhiyyə Nazirliyi "General Hospital"da araşdırmaya başlayıb
Bugün, 14:31 CƏMİYYƏT
-
Tahir Kərimli şeir yazdı: “Həyat, nə üçün bu qədər incitdin məni?”
Bugün, 14:27 MƏDƏNİYYƏT
-
Deputat: "Bizim mətbəximizdə dolmadır, bozbaşdır, lülə kababdır, bundan başqa hansı var?" - MÜSAHİBƏ
Bugün, 14:10 SİYASƏT
-
TƏBİB rəhbəri məşhur alimin qızını yüksək vəzifəyə təyin edib
Bugün, 13:58 CƏMİYYƏT
-
“Fənərbağça”da “tıxac”: icarədə olan 12 futbolçu geri göndərilir – SİYAHI
Bugün, 13:43 İDMAN
-
TƏBİB SƏDRİ ONLARI YENİ VƏZİFƏLƏRƏ TƏYİN ETDİ- SİYAHI + FOTO
Bugün, 13:40 GÜNDƏM
-
İranlı spiker: “Ordumuz istənilən hücuma cavab verməyə hazırdır”
Bugün, 13:22 DÜNYA
-
"Azərbaycanfilm"in baş redaktoru: "Rüstəm İbrahimbəyov təyin olunduğu gün ittifaq "öldü""
Bugün, 13:18 MƏDƏNİYYƏT
-
Rektor TƏBİB-in keçmiş əməkdaşına vəzifə verdi
Bugün, 13:15 CƏMİYYƏT