Danışanda ağzından bal damırdı... - Seymur Verdizadə yazır
YAZARLAR
05.05.2026, 16:22
Seymur Verdizadə
***
Tezliklə Soltanlıda işıqlar yanacaq. Hicran, həsrət yaraları vüsal məlhəmi ilə şəfa tapacaq. Soltanlı camaatı ata yurdlarında ocaq çatacaq, niyyət tutacaq, qonaq qarşılayacaq...
Qonaqlı-qaralı evdə böyümüşəm. Qatığın qaymağını, döşəyin yumşağını qonaq üçün saxlamışıq. Əlimiz açıq, ürəyimiz geniş olduğu üçün Allah-Təala öz səxavətini bizdən əsirgəməyib. Biz verdikcə, O başımızdan töküb...
Yazda-yayda həyətimizdəki iri tut ağacının altında yemək yeyərdik. Anam qazanın qapağını qaldıranda, belə deyərdi: “Allahım, uzaqdan gələn, yorulan, qarnı ac olan varsa, yolunu bizim qapıdan sal”.
Kəndimizdə hamı bizim kimi idi. İnsanlar yağ-balı da, duzsuz şoru da başqaları ilə bölüşməyə utanmırdılar. Halal yolla qazanılan quru çörək, alın təri ilə becərilən acı bibər süfrədə bal kimi şirin olurdu. Buna görə də danışanda hamının ağzından bal damırdı...
Kənddə hamı bir-birinə “başaa dönüm” deyirdi. Qonşu kəndlərdə, rayon mərkəzində də belə deyirdilər. Böyüyəndə bildim ki, Azərbaycanın hər yerində belə danışırlar. İnsanlar bir-birinin başına dolanıdığı üçün Allah da onları dolandırırdı...
1993-cü ildə Cəbrayıldan didərgin düşəndə uzun müddət bu işğalla barışa bilmədik. Nənəm heç kimə sandığına toxunmağa icazə vermirdi. “Əl vurmayın, dağıtmayın” deyirdi. Vüsal gününün bu qədər uzaq olduğunu bilmirdi. Naxışlı sandığına sığal çəkə-çəkə dünyadan köçdü. Qəlbində qubar, gözündə həsrət köçdü.
“Hər qaranlıq gecənin bir işıqlı gündüzü var” - həmişə belə deyirdi. O işıqlı gündüzü görmək nənəmə qismət olmasa da, nəvələrinə qismət oldu. Xaliq, Elnur, Xəyal, Teymur, Malik, Allahverdi geri qayıtmaq üçün günləri sayır. İradənin, Gülnarənin boğçası çoxdan hazırdır. İndi özləri nənə olan Hürzad, Sücaət, Adilə o günü səbirsizliklə gözləyir. Soltanlıya dönmək, Arazın həzin nəğməsini dinləmək babalara deyil, balalara qismət oldu. Balalar babaların çırağını yandıracaq...
Əvvəl belə deyirdik: Orada bir kənd var, uzaqda. O kənd bizim kəndimizdir.
O kənd artıq uzaqda deyil. Biz tez-tez o kəndə gedirik. İndi o kənd öz külündən yenidən doğulur. İndi o kəndə gedəndə adamı vahimə basmır, insanın qəlbini qorxu hissi bürümür. İndi o kəndin ucsuz-bucaqsız çöllərində nazlı lalələr baş-başa verib pıçıldaşır, ağaclar çiçək açır.
Bu yaz təkcə ağaclar deyil, həm də arzular çiçək açır...
Metbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Tokayevə məktub ünvanlayıb
Bugün, 11:07 GÜNDƏM
-
Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubad qar yağıb
Bugün, 11:05 CƏMİYYƏT
-
Deputatın oğlunun adının hallandığı qətl işi... - "Ceyhun Sabunçu" kimdir?
Bugün, 10:27 KRİMİNAL
-
Heydər Əliyev Sarayında "Turandot" tamaşasının premyerası keçirilib - FOTOLAR
Bugün, 10:00 MƏDƏNİYYƏT
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT