Nadir dost
PRESS
Bugün, 10:28
Elə dostlar var ki, onlar haqda yazmaq çətindir. Ömrün otuz-qırx ilini 30-40 cümləyə necə sığışdırasan?! Tutaq ki, vicdanının ağzına daş basıb cümlələri kəsib-doğradın, preslədin. Bəs duyğularınla necə bacaracaqsan? Acılı-şirinli xatirələrin hansını arxa plana keçirəcəksən?
O, nadir dostlardandır. Ona görə yox ki, adı Nadirdir. Azərbaycanda bu adı daşıyan azı üç-dörd min adam var. Onlardan beşini şəxsən tanıyıram. Amma Nadir Azərini hamıdan yaxşı tanıyıram. Otuz altı il bir igidin ömrüdür…
Əminəm ki, bu imza sizə çox şey deyir. Amma mən onun sözündən yox, özündən yazmaq istəyirəm. Sözünü çoxdan deyib. Sözünə görə layiq olduğu qiyməti də alıb. Cənab Prezidentin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülməsi onun fədakar əməyinə verilən ən yüksək qiymətdir. Onun yaxasında həm də “Azərbaycan mətbuatının 150 illik yubiley medalı” var. Yəqin gələcəkdə başqa medallar da görəcəyik. Niyə də olmasın? Bir halda ki, o, sözün nazını çəkir, qoy əlaqədar qurumlar da onun nazını çəksin...
Yaradıcılığının 35 illiyini qeyd edən Nadir Azəri ilə dostluğumuzun 36 illik tarixi var. İlk dəfə uzaq doxsanıncı illərdə Qubada respublika fəallarının toplantısında görüşmüsdük. Rayonlarda nə qədər yaxşı oxuyan, jurnalda adının qabağında ancaq 4-5 olan vardısa, hamısı orada idi. Amma mən ancaq Nadirlə dost ola bildim. Bu dostluq zamanın sınağından üzüağ çıxıb. Bundan sonra da sarsılmaz olaraq qalacaq. Ancaq axmaqlar əllidən sonra dost dəyişir. Şükür, hamı bizim ağlımıza qibtə edir...

Sonra yolumuz "İki Sahil" qəzetində kəsişdi. Əziz millət vəkilimiz Vüqar Rəhimzadə indi olduğu kimi o vaxt da gənclərin təmənnasız hamisi idi. Vüqar müəllimlə ağsaqqalımız İsmayıl Hacıyev qəzetin qapı-pəncərəsini taybatay üzümüzə açmışdı. Yazıb-yaradır, imzamızı tanıdırdıq. "İki Sahil" iki dostun görüş yeri idi.
Sonra "Bu gün" qəzetində bir yerdə işlədik. Hormətli Nəsib İsmayılov yazıb-yaratmaq eşqi ilə alışıb-yanan bütün istedadlı gəncləri bir araya gətirmişdi. Etibar Cəbrayıloğlu, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Nadir Azəri, Əfqan Qafarlı, Araz Zeynalov, Mənsurə Səttarova, Zaur İbrahimli, Sahibə Gəncəli, Sevda Əsgərova, Rəvan Soltanov kimi istedadlı gənclər ölkənin ən çox oxunan qəzetini çıxarırdı. İmzalar içində, onun da, mənim də imzam vardı. Nadir Azəri ölkədə birinci olan o məşhur qəzetdə ikinci adam idi. Baş redaktorun birinci müavini kimi yükun çoxu onun çiynində idi. Amma öhdəsindən məharətlə gəlirdi. Hörmətli həmkarımız, ustad jurnalist Əminə Yusifqızı onu “Kür”də yaxşı yetişdirmişdi. İşi nə qədər çox olsa da, hamının hayına yetişirdi…

Nadir dostumuz təkcə qəzetin yox, həm də bizim yükümüzü çəkirdi. Onun Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun yataqxanasındakı birotaqlı mənzili redaksiyanın subay əməkdaşlarının ən çox üz tutduğu məkan idi.
Bilirsiniz, maraqlı olan nədir? Axşam hamıdan sonra yatan Nadir səhər hamıdan erkən qalxırdı. İşə çatanda məlum olurdu ki, gecə biz yatandan sonra ən azı iki məqalə yazmağa macal tapıb. Yaxasından asdığı o medallar Nadirə qara qaşına, qara gözünə görə verilməyib. Nadir bütün mükafatları yuxusuz keçirdiyi gecələrin sayəsində alıb. Rəhmətlik Nəbi dayı oğlanlarına yaxşı təhsildən əvvəl yaxşı tərbiyə verib, onlara halal qazancla yaşamağın yollarını öyrədib. Nəbi İsmayılov kimi zəhmətkeş atanın, heç vaxt haqqı nahaqqın ayağına verməyən el ağsaqqalının övladları məhz belə olmalıdır - Nadirlə Süleyman kimi...
Nadir Azəri təkcə istedadlı jurnalist, vəfalı dost deyil, həm də gözəl ailə basçısı, etibarlı övladdır. Yaxşı yadımdadı, rəhmətlik Nəbi dayı xəstə olanda Nadir həftələrlə xəstəxananı tərk etmədi. Nadiri, Süleymanı axtaranlar onları xəstə atalarının yatağının yanında tapırdı. Ölüm haqdır. Doğma övladların qollarında gözlərini yummaq, onların çiynində son mənzilə getmək isə xoşbəxtlikdir. Mənim tanıdığım qardaşlar xəstə atalarını son nəfəsində belə xoşbəxt edə bildilər...
Aradan aylar, illər keçsə də, bizim Nadir yenə 30 il əvvəlki şövqlə yazıb-yaradır. Onun enerjisi bitib-tükənmir. Xaricdə təhsil alan iki ağıllı övladının - Şəmsiyənin və Nihatın yaxşı oxuması, peşəkar kadr kimi Vətənə dönməsi, əziyyət çəkməməsi üçün Nadir gecəsini gündüzünə qatıb. Alnının təri, gözünün nuru ilə balalarına təhsil verir. Ana ürəyinə çox şeirlər, poemalar həsr olunub. Şair olsaydım, mən də "Ata ürəyi" adlı poema yazardım. Və tərəddüd etmədən, həmin əsəri Nadir Azəriyə həsr edərdim.

Onun böyük ürəyi var. Onun ürəyinə balaca Kıbrısdan tutmuş böyük Türküstana qədər ucsuz-bucaqsız çöllər, əngin səmalar sığıb. Onun böyük ürəyində Yakutiyada yaşayan igid Timirdən, gözəllər gözəli Nariyanadan tutmuş dostları Azərə, Əkbərə, əziz qonşuları Valehə, Zahidə, Aqilə, Qalibə kimi hamıya yer var. Bütün yaxşı insanlara Nadirin ürəyində yer var.
Allah ürəyinə görə versin, dost!

Nadir Azəri həm də fəal ictimai xadim, tanınmış QHT rəhbəri, savadlı politoloqdur. Uzun illərdi ölkənin ən aparıcı QHT-lərindən olan CASCFEN-ə rəhbərlik edir. 2022-ci ilin soyuq qış günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasında Nadir də yaxından iştirak edirdi. Şaxtanın qılınc kimi kəsdiyi o soyuq gecələrdə Nadir Azəri pozucu, təxribatçı, talançı erməni quldurlarının yolunu kəsmişdi…
O, neçə illərdi həm də Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvüdür. Tez-tez yerli və xarici mediada analitik məqalələrlə, dəqiq analizlərlə çıxış edir.
Onun ilhamı bulaq kimi qaynayır...
Bu bulağın suyu ilə hələ çox pöhrələr ağac olacaq, çox ağaclar bar verəcək.
Bərəkətli olsun!
Seymur Verdizadə,
mətbuat.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə...
Bugün, 11:32 KRİMİNAL
-
Keçmiş baş redaktor mətbuat katibi təyin olunub
Bugün, 11:17 PRESS
-
Kral Çarlz Trampa tarixi "ayar" verdi: "Biz olmasaydıq, indi siz fransızca danışardınız"
Bugün, 11:12 GÜNDƏM
-
Azərbaycan nümayəndə heyəti Ermənistana səfərə gedib - Şahin Mustafayevin rəhbərliyi ilə...
Bugün, 11:03 GÜNDƏM
-
Arda Gülər "Arsenal"ın təklifini geri çevirdi
Bugün, 10:52 İDMAN
-
YAP rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Prokuror 8 il cəza və zalda həbsini istədi, məhkəmə isə....
Bugün, 10:33 KRİMİNAL
-
Nadir dost
Bugün, 10:28 PRESS
-
Məzahir Pənahov: “Haqqımda yazılanlar məni daha da güclü edir" - "Mən daha da yaxşı işləyəcəyəm”
Bugün, 10:22 SİYASƏT
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb
Bugün, 10:01 KRİMİNAL
-
İranın çökməsi xaos, İsrailin dominantlığı isə Türkiyəni sıxışdırır - Ankara artıq seçim qarşısındadır (TƏHLİL)
Bugün, 09:54 GÜNDƏM
-
"Bakı Metropoliten"in rəisi dəyişir? - Yeni iddia yayıldı
Bugün, 09:49 CƏMİYYƏT
-
Azərbaycan nefti bahalaşdı - Qara qızıl 116 dollara satılır
Bugün, 09:40 İQTİSADİYYAT
-
“İrana qarşı blokada uzadılacaq” xəbəri neftin qiymətlərini yüksəldir
Bugün, 09:26 İQTİSADİYYAT
-
Səfir Trampa etiraz edib? – İstefa ABŞ-ı silkələdi, Departament təkzib verir, lakin..
Bugün, 09:16 SİYASƏT
-
ABŞ-dan İrana qarşı sanksiya qərarı: 35 hüquqi və fiziki şəxs "qara siyahı"ya salındı - 344 milyon dollar dəyərində aktiv "donduruldu"
Bugün, 09:00 İQTİSADİYYAT
-
DÇ-2026-da sərt qaydalar təsdiqləndi – Qırmızı kartlara əsas verən hallar sadalandı
Bugün, 08:50 İDMAN
-
Bloger partiyasını dəyişdi
Bugün, 08:46 SİYASƏT
-
PENSİYA DAVASI: məhkəməni uduzan 89 yaşlı kişi silaha əl atdı, 5 nəfəri güllələdi – 6 saat sonra saxlanıldı
Bugün, 08:33 KRİMİNAL
-
Edersona hansı cəza veriləcək? - İki hal üzrə "qaralanıb"
Bugün, 08:24 İDMAN
-
Klub prezidenti cəzalandırıldı – 21 günlük qadağa qoyuldu
Bugün, 08:16 İDMAN
-
Çempionlar Liqası: "PSJ" - "Bavariya" oyununda 9 qol var
Bugün, 08:07 İDMAN
-
"Fənərbaxça"nın braziliyalı futbolçusu: "Heç nədən və heç kimdən qaçmıram”
Bugün, 00:24 İDMAN
-
87 yaşlı evində yanaraq ölüb
Bugün, 00:22 CƏMİYYƏT
-
İran: “Son 72 saatda 52 gəmimiz ABŞ blokadasını yarıb”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
MSK-nin yeni üzvü Elçin Xələfov kimdir? - Maraqlı faktlar
28.04.2026, 23:57 SİYASƏT
-
Xaricdən gətirilən maşınlar müsadirə edilə bilər - Əgər bu müddətə qədər...
28.04.2026, 23:33 İQTİSADİYYAT
-
Tramp Kralla bir arada: "Sizi burada qəbul etmək bizim üçün böyük şərəfdir"
28.04.2026, 23:23 DÜNYA
-
Ukrayna Rusiyanın nəhəng neft zavodunu vurdu: "Əhali təxliyə edilib" – FOTOLAR
28.04.2026, 22:54 GÜNDƏM
-
Əsassız şikayətlər çoxaldıqca, haqlı müraciətlər azalır və kölgədə qalır - Vahid Tağıyev yazır
28.04.2026, 22:42 YAZARLAR
-
Azərbaycanlı tələbə dünyanın TOP 10 universitetlərindən birinə qəbul aldı — Xəyal etdiyi hədəf reallığa çevrildi
28.04.2026, 22:15 CƏMİYYƏT
-
Prezident ailəsiylə Qəbələdə - FOTO
28.04.2026, 22:06 GÜNDƏM
-
Ceyhun Bayramov BƏƏ Dövlət naziri ilə müzakirə apardı - Qəbələdə + FOTO
28.04.2026, 18:50 SİYASƏT
-
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
28.04.2026, 18:38 İQTİSADİYYAT