Diplomat, yoxsa Agentlik sədrinn müavini: eyni adam, fərqli tərcümeyi hal... - Deputat Bəxtiyar Əliyevin oğlu ilə bağlı maraqlı iddia yayıldı (FOTOLAR)

Diplomat, yoxsa Agentlik sədrinn müavini: eyni adam, fərqli tərcümeyi hal... -  Deputat Bəxtiyar Əliyevin oğlu ilə bağlı maraqlı iddia yayıldı (FOTOLAR)

SİYASƏT

Bugün, 17:03

Gəlin sizə saxtakarlığın kralından bəhs edim.

Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.

Onun 2019-cu ildə sədr müavini vəzifəsinə təyinatı dövlət başçısının Sərəncamı ilə təsdiq edilmişdi. Məşhur "mehdiyevçi" deputatın oğlu bu vəzifədə 2023-cü ilə qədər çalışıb. Burası ilə işimiz yoxdur.

İndi məlum olur ki, Bəxtiyar Əliyev oğlunu işsiz qoymayıb və 2023-cü ilin martından oğlunu Azəbaycanın Serbiya Respublikasındakı səfirliyində ikinci katib vəzifəsinə işə düzəldib.

Burası ilə də işimiz yoxdur, işləmək hər kəsin qanuni haqqıdır. Amma Orxan Əliyevin səfirlikdə ikinci katib olması üçün diplomatik təcrübəsi var idimi?

Deməli, deputatın gül balasının iki linkedin səhifəsi və iki fərqli tərcümeyi-halı var. Agentlik sədrinin müavini kimi onun tərcümeyi-halında fəaliyyətin heç "d" hərfi yoxdur, adamın "əmək tarixçəsi"nə görə agentlik sədrinin müavini təyin olunanadək, yəni  2014-cü ilin payızından 2017-ci ilin payızına qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor müavini vəzifəsini icra edib.

Orxan Əliyevin diplomat kimi "əmək tarixçəsini"  əks etdirən ikinci linkedin səhifəsinə görə o həmin fondda müavin və daha sonra Dövlət Reklam Agentliyinin direktor müavini, 2019-cu ildə hətta dövlət başçısının sərəncamı ilə agentliyin sədr müavini vəzifəsində olmasına baxmayaraq, eyni dövrdə, yəni 2014-cü ilin martından 2022-ci ilin payızına kimi Monteneqrodakı diplomatik missiyasında fəaliyyət göstərib, 2022-ci ilin martından XİN-in ştatlı diplomatı kimi fəaliyyətdədir. Bu "diplomatik təcrübə" imkan verib ki, Orxan Əliyev səfirlikdə ikinci katib kimi işlə təmin olunsun.

Cavanşir Həsənli

SAVASHMEDİA.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR